![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Yeni məktəb binası istifadəyə hazırdır
Bununla əlaqədar olaraq Masallı rayonunun Sığdaş kəndində müasir tipli 480 yerlik məktəb tikintisinin başa çatdırılması bütün masallılara və kənd sakinlərinə dövlətimizin qayğısının bariz nümunəsidir. Sentyabrın 15-də yeni binası istifadəyə veriləcək Sığdaş kənd orta məktəbi rayonun qocaman təhsil ocaqlarındandır. Məktəbin kadr potensialı, bütün ixtisaslar üzrə ixtisaslı müəllimlərlə təminatı şagirdlərimizin elmi dünyagörüşünün formalaşdırılmasına, onların müstəqil həyata hazırlanmasına xidmət edir. Məktəbin məzunlarının hər il respublikamızın nüfuzlu ali məktəblərinə daxil olması hər bir şagirdə dərin bilik vermək uğrunda Təhsil Nazirliyinin qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə icrasından xəbər verir. Sığdaş kənd orta məktəbinə uzun illər rəhbərlik edən Kamal Tarverdiyevin pedaqoji kollektivlə birgə səmərəli fəaliyyəti, yeni təlim metodlarına həssaslıqla yanaşması təhsil ocağının bundan sonra da uğurlarını davam etdirəcəyinə böyük inam yaradır.
Soltanağa CƏFƏROV, Masallı RTŞ-ın böyük məsləhətçisi
|
![]() |
![]() |
![]() |
![]() |