![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev Fondu son iki ildə Fond yarandığı gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan edib
ümummilli liderimizin ölkəmiz, xalqımızla
bağlı arzularının, planlarının gerçəkləşməsində
onun adını daşıyan Fond da yaxından iştirak
edir. Yaranmasından təxminən 5 il ötməsinə
baxmayaraq, böyük siyasətçinin dövlətçilik irsini öyrənən
və təbliğ edən, irimiqyaslı proqramların
həyata keçirilməsinə dəstək verən
Heydər Əliyev Fondu öz genişmiqyaslı
fəaliyyəti ilə artıq cəmiyyətimizdə böyük
nüfuz qazanmışdır.
Fondun fəaliyyətə başladığı
ilk illərdə olduğu kimi, 2007-2008-ci illərdə
də "Yeniləşən Azərbaycana yeni
məktəb" Proqramının icrası diqqət
mərkəzində saxlanılmış, proqram çərçivəsində
xeyli yeni məktəb, məktəblər üçün
əlavə tədris korpusları inşa olunmuş və
əsaslı təmir edilmişdir. Son iki ildə paytaxtın
Qaradağ, Səbail, Əzizbəyov, Yasamal rayonlarında,
Lənkəranda, Abşeronda, Balakəndə, Qazaxda,
Qubada, Dəşkəsəndə, Zaqatalada, Oğuzda
və digər bir çox rayonlarda Heydər Əliyev Fondunun
təşəbbüsü və dəstəyi ilə
məktəb binalarının tikintisi, təmiri işi
aparılmışdır. Onlardan bəzilərini
diqqətə çatdırmağı məqsədəuyğun
hesab edirik. 2007-2008-ci illərdə Heydər Əliyev
Fondunun "Yeniləşən Azərbaycana yeni
məktəb" Proqramı çərçivəsində Bakıda
180 nömrəli məktəb üçün 240 , 104 nömrəli
məktəb üçün 440, 156 nömrəli məktəb üçün
1140, 218 nömrəli məktəb üçün 1176, 100 nömrəli
məktəb üçün 240, 300 nömrəli məktəb üçün
600, Zərifə Əliyeva adına məktəb üçün 840
şagird yerlik yeni məktəb binaları və
əlavə tədris korpusları inşa olunaraq
istifadəyə verilmişdir. Bunlardan 156 və 218 nömrəli
məktəbləri xüsusi qeyd etmək lazımdır.
Fondun təşəbbüsü ilə tikilmiş hər iki
məktəb 2007-ci ilin sentyabrın 15-də
istifadəyə verilmiş, bu münasibətlə keçirilən
açılış mərasimlərində Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.
Fondun "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsi çərçivəsində
İmişli şəhərində 300 şagird yerlik yeni
məktəb binası tikilmişdir. 5 sinif otağı,
idman zalı, kitabxana, kompüter kabineti olan yeni məktəb
binasında istilik sistemi və nasosxana da vardır. ötən il sentyabrın 17-də ölkə başçısının
iştirakı ilə açılışı keçirilmiş
Qusar rayonunun Balaqusar kənd orta məktəbinin binası
da qusarlılara Heydər Əliyev Fondunun töhfəsidir.
Qəza vəziyyətində olan həmin məktəb
üçün Fondun sifarişi ilə 2007-ci ildə 500 şagird
yerlik yeni binanın inşasına başlanmış
və o, qısa müddətdə tikilib istifadəyə
verilmişdir. Məktəbin 25 sinif otağından
əlavə geniş idman salonu, fənn kabinetləri, kompüter
otağı, atıcılıq tiri, akt salonu və
kitabxanası vardır. Heydər Əliyev Fondu Qusar rayonu Yeni Zeyxur
kənd məktəbinin müəllim və şagird
kollektivini də ötən il sevindirmişdir. Belə ki,
sakinlərin arzusu nəzərə alınaraq uzun illər
yararsız vəziyyətdə olan kənd məktəbi
üçün yeni bina inşa edilmişdir. ötən il digər
rayonlarda da Fondun təşəbbüsü ilə çoxlu
məktəb binası tikilib istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun
fəaliyyətində aparıcı
istiqamətlərdən birini xüsusi qayğıya ehtiyacı
olan uşaqlara kömək etmək, onların
cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə,
sosial problemlərinin həllinə dəstək göstərmək
təşkil edir. Bu sahədə işlər Fondun "Uşaq
evləri və internat məktəblərinin inkişafı
Proqramı" çərçivəsində həyata keçirilir.
Son illər həmin proqramın icrası
istiqamətində də xeyli iş görülmüş, xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat
məktəbdə, bir çox uşaq evlərində
yenidənqurma, təmir-tikinti işləri aparılmış,
onlar zəruri avadanlıqlarla təmin edilmiş, yeni
ədəbiyyatlarla zənginləşdirilmişdir. Fondun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyeva özü
şəxsən xüsusi qayğıya ehtiyacı olan uşaqlara
diqqətlə yanaşır, tez-tez onların
təlim-tərbiyə aldıqları müəssisələrə
baş çəkərək təhsilləri, yaşayış
şəraitləri ilə maraqlanır.
Fondun vəsaiti hesabına Göyçay internat
məktəbində əsaslı təmir işləri
aparılmışdır. Fondun təşəbbüsü
ilə Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar
üçün reabilitasiya mərkəzinin tikilməsinə başlanmışdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
2007-ci ilin dekabrın 27-də özünün şəxsi təşəbbüsü
ilə əsaslı təmir olunmuş
Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi
məktəbdə olmuş, burada Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibəti ilə
təşkil edilmiş şənlikdə iştirak etmişdir.
2008-ci il fevralın 14-də Mehriban Əliyeva Xətai
rayonundakı 3, Suraxanı rayonunun Yeni Günəşli
qəsəbəsindəki 2 nömrəli, Nərimanov
rayonundakı psixo-nevroloji uşaq evlərində olmuş,
pedaqoji heyət və uşaqlarla görüşmüşdür. ötən
il martın 8-də Heydər Əliyev Fondunun prezidenti Bakının
Əzizbəyov rayonunda yerləşən 3 təhsil müəssisəsinə
- 3 nömrəli uşaq evinin Buzovnadakı yay düşərgəsinə,
Uşaqlara və Ailələrə dəstək
Mərkəzinə və 262 nömrəli məktəbə
baş çəkmişdir. Fondun təşəbbüsü və
dəstəyi ilə xüsusi qayğıya ehticayı olan uşaqlar
üçün mütəmadi olaraq bayram şənlikləri,
konsertlər təşkil olunur. Fondun təhsillə bağlı həyata
keçirdiyi "Təhsilə dəstək" layihəsi
də ölkə ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanır və təhsilimizə diqqət
və qayğı nümunəsi kimi yüksək
dəyərləndirilir. Əsasən
məktəbəqədər uşaq tərbiyə müəssisələrinin
yenidən qurulmasını, müasir avadanlıqlarla
təchizini hədəfə alan layihə həm də uşaq
müəssisələrinin dərs vəsaitləri ilə
təmin olunması, xaricdə fəaliyyət göstərən
Azərbaycan məktəblərinə
dərsliklərlə, İKT avadanlıqları ilə kömək
göstərilməsini nəzərdə tutur. Layihə çərçivəsində son
illər 8 uşaq bağçasında bərpa işləri
aparılmışdır. Bu sahədə işlər
2007-2008-ci illərdə də uğurla davam etdirilmiş,
2007-ci ildə Nərimanov rayonunda akademik Zərifə
Əliyevanın adını daşıyan yeni bağça
tikilib istifadəyə verilmişdir. 120 yerlik bağçanın
açılışında Fondun prezidenti Mehriban Əliyeva da
iştirak etmişdir. ötən il mayın 9-da Bakının
Əzizbəyov rayonunun Binə qəsəbəsində
Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən
qurulmuş uşaq bağçası açılmışdır. Fondun təşəbbüsü ilə uşaq bağçaları
üçün uşaq musiqilərindən və nağıllardan
ibarət disklər buraxılaraq uşaq bağçalarına
hədiyyə edilmişdir. Fondun "Təhsilə dəstək"
layihəsi çərçivəsində həyata keçirdiyi
tədbirlərdən biri də məktəblərin
əyani vəsaitlərlə təmin olunmasına kömək
göstərməkdir. Bu məqsədlə Fondun
dəstəyi ilə son iki il ərzində 140 adda plakat
hazırlanaraq Azərbaycanın bütün ümumtəhsil
məktəblərinə verilmişdir. Bu,
məktəblərin əyani vəsaitlərlə
təminatını xeyli artırmışdır.
Təhsilin keyfiyyətini yüksəltmək məqsədi
ilə müxtəlif fənlər üzrə hazırlanan
plakatların hər birindən 10 min nüsxə olmaqla 1
milyon 400 min ədəd plakat çap edilmişdir. "Təhsilə dəstək"
layihəsi çərçivəsində hər yeni dərs ilinin
əvvəlində məktəblilərə çanta və
dərs ləvazimatları paylanması da Fondun gözəl
ənənələrindəndir. 2004-cü ildən başlayaraq
Fond hər il qaçqın və məcburi köçkün
ailələrdən olan I sinif şagirdlərini,
eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı
yeni dərs ili ərəfəsində bağışladığı
çanta və dərs ləvazimatı ilə sevindirir. 2007-ci ildə hədiyyələrin coğrafiyası
daha da genişləndirilmişdir. Bir sıra xarici ölkələrdə,
o cümlədən Rusiya Federasiyasında, Hollandiyada, Türkiyədə,
Rumıniyada yaşayan məktəbli soydaşlarımız
da belə hədiyyə almışlar. 2008-2009-cu dərs ili
ərəfəsində həyata keçirilmiş aksiyanın
miqyası isə daha geniş olmuşdur. Belə ki, ötən
il həmin aksiya bütün ölkəni əhatə etmiş
və birincilərə 130 min çanta paylanmışdır.
Hər çantaya 16 adda məktəb ləvazimatı qoyulmuşdur.
Gəncədə I sinfə gedən 462
şagirdi Fond məktəbli geyimi ilə təmin etmişdir.
Heydər Əliyev Fondunun təhsilə qayğısı
təkcə respublikamızla məhdudlaşmır. Fondun
bu istiqamətdəki fəaliyyətinin coğrafiyası gündən-günə
genişlənir. Artıq beynəlxalq aləmdə nüfuzlu
bir qurum kimi tanınan Fond xeyriyyəçilik missiyasını
bir neçə ölkədə də uğurla davam etdirir. Gürcüstanda
yaşayan azərbaycanlıların təhsillə bağlı
problemlərinin aradan qaldırılması üçün hər il
dövlət xətti ilə yanaşı, Fond
tərəfindən də yardım edilməsini soydaşlarımız
dərin minnətdarlıq hissi ilə qarşılayırlar. Rusiyanın paytaxtında və ayrı-ayrı
şəhərlərindəki Azərbaycan
məktəblərinə göstərilən qayğını
bu baxımdan xüsusi qeyd etmək olar. 2007-ci ildə Hollandiyanın paytaxtı
Amsterdamda fəaliyyətə başlayan Azərbaycan
məktəbi də Fondun diqqətindən kənarda qalmamış,
məktəbə kompüter dəsti və dərs
vəsaitləri göndərilmişdir. Rusiyanın "Puşkin kitabxanası"nın
Fondla əməkdaşlığı da ölkəmizin elm,
təhsil və mədəniyyətin inkişafına yönələn
dəyərli hadisədir. Rusiyada son illər nəşr
edilən müxtəlif elm sahələrinə aid 4 min kitab,
1000-dən çox dərslik Fondun və şəxsən
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə respublikamızın ali məktəblərinə
təqdim edilmişdir. Fondun dəstəyi ilə Türkiyənin
Qars Qafqaz Universitetində Heydər Əliyev tədris
mərkəzi açılmışdır. Fondun "Təhsilə dəstək"
layihəsi çərçivəsində Pakistanda tikdirdiyi qızlar
məktəbi isə Azərbaycan-Pakistan münasibətlərinə
əsl töhfə olmuşdur. Pakistanın Müzəffərabad
şəhərinin Rara ərazisində inşa olunan bu
məktəb həmin ölkədə 2005-ci ildə baş
vermiş güclü zəlzələ nəticəsində
yararsız vəziyyətə düşən məktəbin
yenisi ilə əvəzlənməsinə imkan yaratmışdır.
Dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində
qısa müddətdə inşa olunmuş və 2008-ci il
fevralın 4-də istifadəyə verilmiş təhsil ocağında
müasir tələblərə cavab verən 10 xüsusi sinif
otağı, laboratoriya, fənn kabinetləri, kitabxana, kompüter
otağı, idman meydançası vardır. 500-dən artıq
şagirdin təhsil alması üçün nəzərdə
tutulmuş məktəbi Heydər Əliyev Fondu əyani
vəsaitlərlə, o cümlədən Azərbaycan haqqında
nəşrlərlə təmin etmişdir. Pakistanda tikilmiş
yeni məktəb binası Fondun "Təhsilə
dəstək" layihəsi çərçivəsində xarici
ölkələrdə tikdirdiyi ilk məktəb binasıdır. Heydər Əliyev Fondu Milli təhsil
sisteminin inkişafı naminə bir sıra nüfuzlu
beynəlxalq qurumlarla, xüsusən də Fondun prezidenti
Mehriban xanım Əliyevanın xoşməramlı
səfiri olduğu YUNESKO və İSESKO ilə sıx
əməkdaşlıq əlaqələri qurmuşdur. Bu
əlaqələr əsasən "Təhsil hamı
üçün" proqramını, "Assosiativ
məktəblər" texniki peşə sahəsində
əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali
məktəblərdə YUNESKO kafedralarının yaradılması
və digər sahələri əhatə edir. 2007-ci il aprelin 27-də Heydər Əliyev
Fondu ilə İSESKO arasında protokol imzalanmışdır.
Məhz bu əməkdaşlığın
nəticəsidir ki, Bakıdakı ötən il mayın
14-də YUNESKO-nun "Avropada sübregional çərçivədə
savadlılıq problemlərinə baxış:
tərəfdaşlıq əlaqələrinin qurulması
və innovativ yanaşmaların tətbiqinə
dəstək" mövzusunda regional konfransı, oktyabrın
6-da isə İslam ölkələrinin ali təhsil və
elm nazirlərinin IV konfransı keçirilmişdir. Hər iki
konfransın təşkilatçılarından biri məhz
Heydər Əliyev Fondu olmuşdur. Fondun dəstəyi ilə 2007-ci il oktyabrın
28-dən noyabrın 3-dək Bakıda "Gənclər
sivilizasiyaların alyansı naminə" təşəbbüsü
çərçivəsində beynəlxalq konfrans keçirilmişdir. Fondun mədəniyyətimizin, xüsusən
də muğam sənətinin inkişafı, Azərbaycan
mədəniyyətinin xaricdə təbliğ olunması,
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması,
mənfur qonşularımızın xalqımıza qarşı
törətdikləri soyqırımlar haqqında dünya xalqlarına
məlumatların verilməsi
istiqamətində çoxcəhətli fəaliyyəti də
təqdirəlayiqdir və xalqımız
tərəfindən həmişə yüksək
qiymətləndirilir. Bu istiqamətlərdə Fond son 2
ildə də səmərəli fəaliyyətlər göstərmişdir. Yusif ƏLİYEV
|
![]() |
![]() |
![]() |
![]() |