Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - 24

 
Dünya universitetləri:

Kvinslend Universiteti

Bookmark and Share
  Yerləşir: Avstraliya, Kvinslend ştatı, Brisben şəhəri  
Yaranma tarixi: 1909-cu il
Tipi: Dövlət  
İşçi heyətinin ümumi sayı: 6126 nəfər
Tələbələrin sayı: 40512 nəfər
İllik gəlirləri:   125900000 Avstraliya dolları
İllik xərcləri:  1198000000 Avstraliya dolları
Rəsmi saytı: www.uq.edu.au

Kvinslend Universiteti (University of British Columbia) Avstraliyanın Kvinslend ştatının ən böyük şəhəri olan Brisben şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Kvinslend Universiteti 100 ən yaxşı ali məktəb arasında 41-ci yerdə olub.

Kvinslend Universiteti Avstraliyanın "Böyük Səkkizlik" qrupunun, "Universitetlər - 21" Beynəlxalq Elmi-Tədqiqat Assosiasiyasının üzvüdür. 

Tarixi 

Kvinslend Universiteti 1909-cu il dekabrın 10-da  Kvinslend ştatının Yeni Cənubi Uels müstəmləkəsinin tərkibindən çıxmasının 50 illiyi münasibəti ilə ştat parlamentinin sərəncamına əsasən yaradılıb. Yaradıldıqdan 4 ay sonra universitet ştatın birinci, ölkənin isə beşinci ən yaxşı ali məktəbinə çevrilir. 1911-ci ildə Brisben şəhərindəki Corc stritdə hökumət evində yerləşən Kvinslend Universitetinə 23 qız daxil olmaqla ümumilikdə 83 tələbə qəbul edilir.

I Dünya müharibəsi dövründə ali təhsil ocağının inkişafı ləngisə də, müharibədən sonra universitet sürətlə irəliləməyə başlayır. Corc stritdə Kvinslend Universitetinin binaları çoxaldığından universitetdə böyük kampusa ehtiyac duyulmağa başlayır. 1922-ci ildə Viktoriya parkı ərazisi (ərazinin yarısı hazırda Mayne Tibb Məktəbi tərəfindən tutulub) Kvinslend Universitetinin daimi yeri kimi müəyyən edilir.

1927-1929-cu illər ərzində doktor Ceyms OTMayne və onun bacısı miss Meri Emelia Mayne universitetə Sent-Lüsia ərazisində 274 akrlıq yer bağışlayırlar. Əvvəllər bu ərazidə pambıq, qarğıdalı, ananas və s. qida məhsulları becərilirdi. Maliyyə çatışmazlığı ərazinin inkişafını dayandırır. 1938-ci ildə bu ərazidə Forqan Smit binasının tikintisi başlanılır və 1939-cu ildə başa çatır. II Dünya müharibəsi dövründə Forqan Smit binası hərbi məqsədlər üçün istifadə olunur; Sakit okeanın cənub-qərb hissəsində müttəfiqlərin quru qoşunlarının qərargahına çevrilir.

1946-1972-ci illərdə Kvinslend Uni

versiteti Corc stritdən Sent Lüsiaya köçür. 1990-cı ildə universitet Kvinslend Kənd Təsərrüfatı Texnikumu (hazırda UQ Qatton adlanır) ilə birləşdirilir. 1999-cu ildə Avstraliyada tamamilə veb-şəbəkəyə qoşulmuş ilk xüsusi kampuslardan birincisi olan Kvinslend Universitetinin İpsviç kampusu tikilir. 

Büdcə və təhsil haqqı 

2009-cu ildə Kvinslend Universitetinin illik gəlirləri 125900000 Avstraliya dolları olub. Həmin məbləğin 53%-i Avstraliya hökumətinin qrantları, 5%-i Kvinslend ştatı və yerli hökumət yardımları, 18%-i təhsil haqqı (xüsusi ilə əcnəbi tələbələrin) və vergilər (yığım), 3%-i investisiya, 5%-i məsləhət və sazişlər, qalanı isə digər vasitələr hesabına əldə olunan gəlirlərdir.

Həmin il universitetin illik xərcləri 1198000000 Avstraliya dolları təşkil edib. Xərclərin 56%-ni əməkhaqqı və əməkdaşların müavinəti, 7%-ni amortizasiya, 3%-ni qrant və borcların ödənilməsi, 2%-ni təmir və texniki xidmət, qalanlarını isə müxtəlif məsrəflər təşkil edib.

2009-2010-cu tədris ilində Kvinslend Universitetində bakalavr pilləsində təhsil alan avstraliyalı tələbələrin təhsil haqqı fakültə və məktəbdən asılı olaraq 4343 (biotexnologiya) - 8859 (biznes, kommersiya) Avstraliya dolları, əcnəbi tələbələrin təhsil haqqı isə 18300 (musiqi, təhsil, beynəlxalq tədqiqatlar və s.) - 48000 (tibb, cərrahlıq) Avstraliya dolları olub.

Kvinslend Universitetinin təqaüd proqramı Avstraliyada ən zəngin proqramdır. Universitetdə maliyyə durumundan, mənşəyindən asılı olmayaraq istənilən tələbə təqaüd ala bilər. Tələbələrə təqaüd verilməsinin əsas məqsədi tədqiqat aparmaqda onlara kömək etmək, təhsilə maraq oyatmaq, bütün sahələrdə gənclərə dəstək olmaqdır. Çoxlu sayda donorların, müəssisələrin səxavətli himayəsi hesabına burada tələbələrə geniş çeşiddə təqaüdlər təklif olunur. Bakalavr pilləsində təhsil alan avstraliyalı tələbələr aşağıdakı təqaüdləri alırlar: RD Arida təqaüdü - 6330 Avstraliya dolları (hər il məbləğ dəyişir), Doris Kemp təqaüdü - 1700 Avstraliya dolları və s. Magistratura pilləsində oxuyanların təqaüdü ildə 22500 Avstraliya dolları təşkil edir. Universitetdə oxuyan əcnəbi tələbələr də müxtəlif məbləğli təqaüdlər alırlar. 2010-cu ildə Kvinslend Universitetində tələbələrə 200-dən çox təqaüd təklif olunub. Aborigen tələbələrə burada xüsusi şərait yaradılıb və təqaüdlər ayrılıb. 

Universitet bu gün 

Brisben Avstraliyanın Kvinslend ştatının paytaxtıdır və yaşamaq üçün çox əlverişli şəhərdir. Avstraliyanın üçüncü ən böyük şəhəri olan Brisben subtropik iqlimə malikdir. Şəhərin əhalisinin sayı 1,8 milyondan çoxdur və burada yaşayan insanlar çox mehribandırlar. Dövlət dili ingilis dili olsa da, bir çox başqa dillər də işlədilir. Günəşli Sahil çimərliyi, Milli park, zoopark şəhərin ən gəzməli yerləri hesab olunur. 

Universitetin bütün Kvinslend ştatında elmi-tədqiqat mərkəzləri yerləşir. Buna baxmayaraq, Brisben şəhərində universitetin əsas 4 kampusu mövcuddur: Sent-Lüsia, İpsviç, Qatton və Herston. Kvinslend Universitetinin ümumi ərazisi 1464 hektardır. 

Sent-Lüsia kampusu 1937-ci ildə tikilməyə başlayıb. Bu kampusu Avstraliyanın ən gözəl universitet şəhərciyindən biri adlandırırlar. Brisben şəhərinin mərkəzindən 7 km aralıda Brisben çayının döngəsində 114 hektar ərazidə yerləşən Sent-Lüsia kampusunda geniş landşaft bağları, göllər, idman meydançaları, velosiped cığırı var. Yarımkürə şəklində tikilən binaların mərkəzində məşhur Böyük həyət yerləşir. Kampusda Kvinslend Bədii İncəsənət Muzeyi, Ceyms və Meri Emelia Mayne Mərkəzi, kilsə, klublar mövcuddur.

Qatton kampusu Brisben şəhərindən 90 km qərbdə Uorreqo şosesində yerləşir. Bu kampusda Təbii resurslar, Kənd təsərrüfatı, Baytarlıq fakültələri yerləşir. Kampusda kənd təsərrüfatı, heyvandarlıq, atçılıq, vəhşi heyvanların öyrənilməsi üçün 1000 hektarlıq ərazi ayrılıb. Burada bu sahənin tədqiqatı üçün xüsusi müəssisələr, laboratoriyalar, kitabxanalar var. 2010-cu ildə universitetin bütün baytarlıq məktəblərinin Qatton kampusuna köçürülməsi nəzərdə tutulub.

İpsviç tələbə şəhərciyi 1999-cu ildə yaradılıb və universitetin ən yeni kampusudur. Əvvəllər burada İpsviç Psixiatriya Xəstəxanası (1878-ci ildə açılıb) yerləşib, 1997-ci ildən isə kampusun ilk binalarının tikintisinə başlanılıb. Meşə ilə örtülmüş təpələrin arasında 25 hektarlıq ərazidə salınan kampusda 20-dən çox bina var. Binaların hamısı qırmızı dam örtüyünə malikdir və yaşıllıqların arasında yerləşən şəhərcik əsrarəngiz gözəlliyi, səliqəliliyi ilə seçilir.

Universitetin Turizm, İncəsənət, Biznes, Tibb bacısı və mamalıq, İnformasiya texnologiyaları və elektrotexnika, Sosial fəaliyyət və insan haqqında tətbiqi elmlər, Təhsil, Jurnalistika və kommunukasiya məktəbləri, Humanitar və riyaziyyat elmləri, Biznes, iqtisadiyyat və hüquq, Sağlamlıq, Sosial və əxlaq elmləri fakültələri, Kiberməktəb kitabxanası burada yerləşir.

Herston kampusu Kvinslend Universitetində tibbi elmi-tədqiqatların aparıldığı əsas məkandır. Kampusda Royal Brisben, Royal Uşaq, Royal Qadın xəstəxanaları, Mayne Tibb Mərkəzi, Kvinslend Tibbi Tədqiqatlar, Kvinslend Radium institutları, Tibb, Səhiyyə, Tibb Bacısı və Mamalıq məktəbləri, Kliniki Tədqiqatlar Mərkəzi, Sağlamlıq elmləri kitabxanası  yerləşir. Şəhərciyin binaları müasir üslubda tikilib və əsasən çoxmərtəbəli binalardan ibarətdir.

Kampuslardan əlavə, ştatın müxtəlif ərazilərində Kvinslend Universitetinin təhsil və tədqiqat müəssisələri yerləşir. Turbot strit ərazisində ali məktəbin Stomatologiya fakültəsi, Pincarra Hillsdə akvamədəniyyət və daxili ekologiya problemləri üzrə tədqiqatlar həyata keçirən Pincarra Su Elmi-Tədqiqat Stansiyası, Heron adasında koral rifi ekologiyası tədqiqatları aparan və 30 binadan ibarət olan Heron Adası Elmi-Tədqiqat Stansiyası, Nort-Stradbrok adasında Morton-Bey Tədqiqat Stansiyası və s. tədqiqat mərkəzləri, kənd təsərrüfatı fermaları, fizika, seysmoqraf stansiyaları var. 

Kvinslend Universitetinin nəzdində İncəsənət, Biznes, iqtisadiyyat və hüquq, Mühəndislik, memarlıq və informasiya texnologiyaları, Sağlamlıq elmləri, Təbii resurslar, Kənd təsərrüfatı, Baytarlıq, Elmlər, Sosial və əxlaq elmləri fakültələri, Molekulyar bioelmlər, Avstraliya Biomühəndislik və Nanotexnologiya, Sabit minerallar, Kvinslend Beyin, KU (Kvinslend Universiteti) Diamantin Xərçəng, İmmunologiya və Metabolik Təbabət, Sosial tədqiqatlar, Qlobal dəyişiklik və s. institutlar (ümumilikdə 118 mərkəz və institut) fəaliyyət göstərir. Universitetdə, həmçinin, Heyvanların öyrənilməsi, Biologiya, Tibb, Tibb bacısı və mamalıq, Tibbi-biologiya elmləri, Tibb və reabilitasiya elmləri, Stomatologiya, Əczaçılıq, Baytarlıq, Səhiyyə, Memarlıq, Biznes, İqtisadiyyat, Hüquq, Təhsil, Psixologiya, Siyasi elmlər və beynəlxalq tədqiqatlar, İctimai elmlər, Sosial fəaliyyət və xidmət, Turizm, Kimya texnologiyası, Kimya və molekulyar bioelmlər, Vətəndaş quruculuğu, Yer haqqında elmlər, İngilis dili, Media elmləri və incəsənət tarixi,  Coğrafiya, planlaşdırma və ətraf mühitin idarə olunması, Tarix, fəlsəfə, din və klassika, İnsan hərəkəti tədqiqatları, İnformasiya texnologiyaları və elektrotexnika, İnteqrativ sistemlər, Jurnalistika və kommunikasiya, Torpaq, məhsul və qida elmləri, Dillər və müqayisəli kulturologiya, Musiqi, Riyaziyyat və fizika, Mexanika və dağ-mədən maşınqayırması məktəbləri mövcuddur. Hər fakültə və məktəb ayrılıqda bir neçə bölmə və alt bölmədən ibarətdir. Universitet bakalavr, magistr və doktorluq dərəcələri təklif edir.

Kvinslend Universitetinin kitabxana sistemi müxtəlif kampuslarda yerləşən 14 kitabxanadan ibarətdir və Avstraliyanın ən zəngin akademik kolleksiyaya malik kitabxana sistemlərindən biridir. Ali məktəbin kitabxana sisteminə 2,5 milyon cild kitab, 75 mindən çox çaplı və elektron jurnal, 1000 şəbəkəyə qoşulmuş verilənlər bazası, 500000-dən artıq elektron kitab, 38792 DVD disk və videokaset, zəngin əlyazma, mikroforma, rəsm kolleksiyası daxildir. Kitabxana sisteminin kolleksiyası İnternet şəbəkəsinə qoşulub və bütün dünya istifadəçilərinin xidmətindədir. Həmçinin oxucular məsləhət və kömək üçün şəxsən telefonla, vebsayt, elektron poçt və ya onlayn söhbət vasitəsi ilə kitabxanaya müraciət edə bilərlər.

Kvinslend Universitetinin kitabxanası Kvinslend ştatının Dövlət Kitabxanası, Kvinslend Dövlət Arxivi, Muzeyi, Parlament, Ali Məhkəmə  kitabxanaları və Kral Tarixi Cəmiyyəti ilə əməkdaşlıq edir.

Eləcə də universitetin nəzdində Bədii muzey və Meri Emelia Mayne Mərkəzi mövcuddur.

Kvinslend Universitetində 22 üzvdən və 3 rəsmi şəxsdən ibarət senat, qubernator tərəfindən təyin edilmiş 8 nəfər, müəllim və tələbələr tərəfindən seçilmiş 8 nəfər və Senat tərəfindən təyin edilmiş 3 nəfərdən ibarət şura fəaliyyət göstərir. Universitetin kansleri cənab Con Stori, vitse-kansleri, professor Meri Maxoni, prezidenti və vitse-kansleri isə professor Paul Qrinfilddir. Universitetdə fəaliyyət göstərən fakültələrə dekan, məktəblərə isə direktorlar rəhbərlik edirlər. Ali təhsil ocağında 6126 nəfər işçi çalışır, bunların da 2615 nəfərini akademik, 3511 nəfərini isə inzibati işçilər təşkil edirlər.

Kvinslend Universitetinin tələbələrinin ümumi sayı 2009-2010-cu tədris ilində 40583 nəfər olub. Tələbələrin 29856 nəfərini bakalavr, 10727 nəfərini isə magistr və doktorantlar təşkil ediblər. Universitetdə dünyanın 128 ölkəsindən 8824 nəfər əcnəbi tələbə təhsil alıb. Ali məktəbdə 24000-dən çox üzvü olan 150 tələbə klubu və cəmiyyəti, eləcə də 33 idman klubu var.

Bu ali məktəbdə tələbələrə istənilən xidmətlər (işlə, nəqliyyatla təminolunma, təhlükəsizlik, sağlamlıq, bank və poçt, dini, uşaqlı, əlil tələbələrə qayğı və s.) təklif olunur.

Kvinslend Universitetində 11 yataqxana-kollec var. Bunlar 190 tələbə yerlik Kromvel, 150 yerlik Daçens, 350 yerlik Emmanuel, Beynəlxalq, 180 yerlik qızlar üçün Qreys, Qızlar, 260 yerlik Kral, Müqəddəs Con, Müqəddəs Leo, 440 yerlik  Qatton Holl rezidensiyaları kollecləridir. Yataqxanalarda 36 həftə qalmaq üçün tələbə, otaqdan asılı olaraq qidalanma, kommunal xərclər daxil olmaqla, 11100-16500 Avstraliya dolları ödəyir. Bununla yanaşı, tələbələr kampus xaricində evlərdə və mənzillərdə kirayədə qala bilərlər.

Kvinslend Universitetində yüksək səviyyəli idman kompleksləri və fitnes mərkəzləri fəaliyyət göstərir. Ali məktəbin üzgüçülük mərkəzi və tennis kortları Brisben şəhərində ən yaxşısıdır. Fitnes mərkəzində pilates, yoqa, çəki azaltmaq üçün məşq zalları və s. tələbələrin xidmətindədir. İdman növlərindən basketbol, futbol, netbol, xokkey, döyüş sənəti, tennis,  yüngül atletika təklif olunur.

Kvinslend Universiteti təhsilinin, xüsusi ilə bioloji elmlər sahəsinin inkişafına görə beynəlxalq nüfuza malikdir. Universitetin son zamanlar sürətlə inkişafının əsas səbəbi burada bahalı fakültələrdə oxuyan əcnəbi tələbələrin, magistr və doktorantların, tədqiqatçıların sayının çoxalmasıdır. Universitetin məzunları məşğulluq və gəlirlərinin səviyyəsinə görə dünyada öncül yerləri tuturlar. Kvinslend Universitetinin diplomu bütün dünyada işəgötürənlər tərəfindən yüksək qiymətləndirilir. Bu ali məktəbi bitirmiş mütəxəssislər bütün Yer kürəsində güclü şəbəkə formalaşdırıblar.     

Universitetin məşhur məzunları 

  Kventin Brays    Avstraliyanın general-qubernatoru  
  Bill Heyden Avstraliyanın sabiq general-qubernatoru  
  Ueyn Suon  Avstraliyanın sabiq xəzinədarı  
  Liin Ford Kvinslend ştatının sabiq general-qubernatoru  
  Uolter Kempbell  Kvinslend ştatının sabiq general-qubernatoru  
  Anna Blay  Kvinslend ştatının ilk qadın baş naziri  
  Piter Bitti  Kvinslend ştatının sabiq baş naziri  
  Ueyn Qoss  Kvinslend ştatının sabiq baş naziri  
  Maykl Ahern Kvinslend ştatının sabiq baş naziri  
  Li Bun Yan Sinqapurun Nazirlər Kabinetinin sabiq rəhbəri  
  Sellienn Atkinson  Brisben şəhərinin ilk qadın meri  
  Endryu Liveris  "Dow Chemical Company" şirkətinin baş direktoru  
  Piter Doherti   immunologiya üzrə Nobel mükafatı laureatı  
  Devid Malouf, Kim Uilkins yazıçılar  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - 24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov