Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 İyul 2010 - 25

 
Dünya universitetləri:

Lozanna Federal Politexnik Məktəbi

Bookmark and Share
  Yerləşir: İsveçrə, Lozanna şəhəri, Ekublens qəsəbəsi   
Yaranma tarixi: 1853-cü il
Tipi: Dövlət 
İşçi heyətinin ümumi sayı: 4000 nəfər
Tələbələrin sayı: 7000 nəfər
İllik büdcəsi:   753000000 İsveçrə frankı
Rəsmi saytı: www.epfl.ch

Lozanna Federal Politexnik Məktəbi (Federal Polytechnic School of Lausanne) İsveçrənin Vaud kantonunun (bəzi ölkələrdə inzibati ərazi bölgüsü) Lozanna şəhərinin ətraf qəsəbəsi olan Ekublensdə yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Lozanna Federal Politexnik Məktəbi 100 ən yaxşı ali məktəb arasında 42-ci, Avropa ali təhsil ocaqları arasında isə 12-ci yerdə sıralanıb.

Lozanna Federal Politexnik Məktəbi İsveçrənin fransızdilli hissəsində yerləşir. Ölkənin almandilli vətəndaşları üçün Sürixdə İsveçrə Federal Texnologiya İnstitutu fəaliyyət göstərir. 

Tarixi 

1853-cü ildə yaradılan özəl Lozanna İxtisas Məktəbi 1869-cu ildə Lozanna Dövlət Akademiyasının texniki şöbəsinə çevrilir. 1890-cı ildə Lozanna Akademiyası universitet statusu qazanır və Lozanna Universiteti adlandırılır, texniki şöbəyə isə Lozanna Universitetinin Mühəndislik Məktəbi (Ecole d'Ingenieurs de l'Universite de Lausanne) adı verilir. 1946-cı ildən məktəbin adı dəyişdirilərək Lozanna Universitetinin Politexnik Məktəbi (Ecole Polytechnique de l'Universite de Lausanne (EPUL)) olur.

1969-cu ildə Lozanna Universitetinin Politexnik Məktəbi Lozanna Universitetinin tərkibindən çıxır və İsveçrə Federal hökumətinin nəzarəti altında fəaliyyət göstərməyə başlayır. Məktəb Lozanna Federal Politexnik Məktəbi adlandırılır. Məktəbin missiyası mühəndis və alimlər hazırlamaq, elm və texnologiyalar sahəsi üzrə ölkədə birincilik əldə etmək, sənaye müəssisələri ilə əməkdaşlıq qurmaqdan ibarət olur. Məktəb İsveçrənin almandilli hissəsində fəaliyyət göstərən İsveçrə Federal Texnologiya İnstitutu, ETH Domen elmi-tədqiqat institutları, Daxili İşlər Federal Şöbəsi ilə əməkdaşlıq edir.

1943-cü ildən Lozanna Federal Politexnik Məktəbi Lozanna şəhərində Avenyu Kortda qədim Hotel Savoy binasında yerləşir. 1971-ci ildə Ekublens şəhərətrafı qəsəbəsində ali məktəbin yeni binasının tikintisinə başlanılır. Binanın rəsmi açılışı 1978-ci ildə baş tutur. Məktəbin bütün bölmə və məktəbləri bu kampusa köçürülür. Ən sonuncu buraya köçən müəssisə 2002-ci ildə Memarlıq departamenti olur.

Lozanna Federal Politexnik Məktəbi CROCUS, Tokamak termonüvə reaktorlarını, P3 bioloji təhlükə vasitələrini idarə edir. 2000-ci ildə Patrik Abişer məktəbin prezidenti seçilir, həmin vaxtdan burada həyat haqqında elmlər inkişaf edir. 2004-cü ildə bu ali təhsil ocağında Texnologiyanın İdarəolunması Kolleci açılır. 2008-ci ildə isə İsveçrə Eksperimental Xərçəng Tədqiqatı İnstitutu (ISREC) Lozanna Federal Politexnik Məktəbinə birləşdirilir.      

Büdcə və təhsil haqqı 

2010-cu ildə Lozanna Federal Politexnik Məktəbinin illik büdcəsi 753000000 İsveçrə frankı dəyərində olub.

Lozanna Federal Politexnik Məktəbində bakalavr və magistr pillələrində təhsil alan tələbələrin 1 semestrlik təhsil haqqı 633 İsveçrə frankı təşkil edir. Bundan əlavə, semestrin başlanğıcında isveçrəli tələbələr 50, əcnəbi tələbələr isə 110 İsveçrə frankı məbləğində vergi ödəməlidirlər. Doktorantura pilləsində təhsil almaq məktəbdə pulsuzdur. Doktorantlardan sadəcə 1200 İsveçrə frankı məbləğində vergi alınır. Təhsilin davam etdirilməsi pilləsində uzunmüddətli proqramlar üçün 1160, qısamüddətli proqramlar üçün isə 580 İsveçrə frankı ödəmək lazımdır. 

Lozanna Federal Politexnik Məktəbinin tələbələrə ayırdığı təqaüdün məbləği ildə 5000-16000, İsveçrə hökumətinin əcnəbi tələbələrə ayırdığı təqaüdün məbləği isə ildə 16000-19200 (ölkələrin sırasında Azərbaycan yoxdur, adı olmayan ölkələrdən gələn tələbələrə bu təqaüd verilmir) İsveçrə frankı arasında dəyişir. Bundan əlavə, müxtəlif özəl fondlar tərəfindən də tələbələrə təqaüd və qrantlar təklif edilir.  

Universitet bu gün 

Lozanna Federal Politexnik Məktəbinin kampusu Ekublens şəhərətrafı qəsəbəsində, Cenevrə gölünün sahilində 55 hektar ərazidə yerləşir. Tələbə şəhərciyi, təxminən, 65 binadan ibarətdir. Burada 1970-1980-ci illərə aid Fundamental Elmlər və Memarlıq, Vətəndaş və Ekologiya Mühəndisliyi, Maşınqayırma və Elektrotexnika məktəblərinin binaları, 1990-cı illərə aid Mühəndislik Elmləri və Texnologiya, Kompüter və Kommunikasiya Elmləri Məktəbləri institutlarının binası,  Elmi Park, 2002-2004-cü illərdə modern üslubda tikilmiş Mikrotexnika, Kommunikasiya və Memarlıq institutları, Dəqiq Elmlər Məktəbi və Texnologiyanın İdarəolunması Kollecinin binaları mövcuddur. Ali məktəbin kampusunda 250-dən çox laboratoriya və tədqiqat qrupu var. Məktəbin unikal quruluşu fənlərarası tədqiqatların aparılması və müxtəlif müəssisə və təşkilatlarla əməkdaşlıq əlaqələrinin yaradılmasına imkan yaradır.

Lozanna Federal Politexnik Məktəbinin nəzdində aşağıdakı akademik müəssisələr fəaliyyət göstərir:

Fundamental Elmlər Məktəbi (SB) - kimya, riyaziyyat və fizika elmləri üzrə ixtisaslaşıb, dekanı Tomas Rizzodur, məktəb üçpilləli təhsil təklif edir. Məktəbə Analiz və Elmi Hesablama, Kimya Elmləri və Texnologiya, Riyaziyyat, Həndəsə, Cəbr, Topologiya, Enerji və Hissəciklər, Sıxlaşdırılmış Sistemlər Fizikası, Bioloji Sistemlər Fizikası, Fiziki Elmlər, Kvant Elektronikası və Fotonika, Nəzəri Fizika, Sıxlaşdırılmış Sistemlər Hesablama Fizikası, B Riyaziyyat (EHM) institutları, Fənlərarası Elektron Mikroskopiya, Plazma Fizikası Sahəsi üzrə Tədqiqatlar, Kvant Fotonikası mərkəzləri daxildir.

Mühəndislik Məktəbi (STI) - elektrotexnika, maşınqayırma, materialşünaslıq və mühəndislik, mikrotexnologiya, biomühəndislik, nanotexnologiya sahələri üzrə ixtisaslaşıb, sənaye müəssisələri ilə əməkdaşlıq edərək savadlı kadrlar hazırlayır, dekanı Demetri Psaltisdir. Məktəbdə Elektrotexnika, Maşınqayırma, Materialşünaslıq, Mikroelektronika, Biomühəndislik institutları fəaliyyət göstərir.

Memarlıq, İnşaat və Ekologiya Mühəndisliyi Məktəbi (ENAC) - memarlıq, inşaat, ekologiya və texniki elmlər sahəsi üzrə ixtisaslaşıb, dekanı Mark Parleyncdir. Məktəbin əsas məqsədi dövrümüzün ən mühüm məsələsi olan ekoloji problemlərin innovativ həllini tapmaqdır. Məktəbin Memarlıq, İnşaat-Mühəndislik, Şəhər və Region Quruculuğu, Mühəndislik Ekologiyası institutları var.

Kompüter və Kommunikasiya Elmləri Məktəbi (I&C) - informasiya və telekommunikasiya sahələri üzrə ixtisaslaşıb və Avropanın ən böyük informasiya texnologiyaları mərkəzlərindən biridir. Məktəbin dekanı Villi Jenepoeldir, lakin bu ilin payızında dekanın dəyişdirilməsi nəzərdə tutulur. Məktəbdə Kompüter Kommunikasiyaları və Ərizələr, Qeyri-xətti Sistemlər, Təhlükəsizlik və Kriptoqrafiya, Kriptologik Alqoritmlər laboratoriyaları, Nüvə Hesablama Elmləri, Hesablama və Multimedia Sistemləri, Kommunikasiya Sistemləri, Mobil İnformasiya və Kommunikasiya Sistemləri institutları, Qabaqcıl Rəqəmsal Sistemlər, Neyron İnformasiyanın İşlənməsi, Qlobal Hesablama mərkəzləri mövcuddur.   

Həyat Elmləri Məktəbi (SV) - biologiya, əsas elmlər, tibb, informatika və maşınqayırma elmlərinə əsaslanır, dekanı Didye Tronodur. Məktəbin Beyin-Ağıl, Biomühəndislik, İsveçrə Eksperimental Xərçənğ Tədqiqatları, Qlobal Səhiyyə institutları fəaliyyət göstərir.

Sosial və Humanitar Elmlər Məktəbi (CdH) - humanitar və sosial elmlərin intellektual, tənqidi və praqmatik inkişafı məqsədlərinə xidmət edir. Məktəbin dekanı Françesko Panesedir. Son zamanlar burada regionşünaslıq sahəsinə aid yeni proqramlar qəbul olunub. 2009-2010-cu tədris ilində məktəbdə tələbələrə Asiyanın coğrafiyası, tarixi, mədəniyyəti, sosial vəziyyəti ilə yaxından tanış olmağa imkan verən Müasir Asiya Tədqiqatları Mərkəzi yaradılıb.

Texnologiyanın İdarəolunması Kolleci (CDM) - idarəetmə, texnologiya və sahibkarlıq, marketinq, maliyyə işlənməsi üzrə innovativ təhsil proqramları həyata keçirir. Kollecin dekanı Martin Vetterlidir. Kollecə Texnologiyanın İdarəolunması, Texnologiya və Sahibkarlığın İdarəolunması Proqramı, Sahibkarlıq və Texnologiya Kommersiyalaşmaları, Logistika, İqtisadiyyat və Texnologiyanın İdarəolunması institutları daxildir.

Lozanna Federal Politexnik Məktəbində oxumaq üçün abituriyentlər qəbul imtahanı vermir, tam orta təhsil haqqında attestatın (İsveçrədə matura, Almaniyada abitur) olması kifayətdir. Məktəbdə maşınqayırma, əsas elmlər, kompüter və kommunikasiya, vətəndaş cəmiyyəti quruculuğu, həyat haqqında, ətraf mühit və memarlıq sahələri üzrə bakalavr və magistr səviyyəsində 13 tam tədris proqramı təklif olunur. Bu proqramlar Boloniya prosesinin tələblərinə cavab verir və bunun nəticəsi olaraq tələbələr mübadilə proqramlarında iştirak etmək imkanı qazanır, onların dərəcələri beynəlxalq səviyyədə tanınır. Məktəb ERASMUS tələbə mübadiləsi proqramında iştirak edir. Məktəbin doktorantları tədqiqatlar aparmaqla yanaşı ideyaları ilə bölüşür, bir-birlərinə qarşılıqlı kömək edir, yüksək səviyyədə ixtisaslaşdırılmış kurslarla təhsillərini bitirirlər. Doktorantlar burada zəngin elmi təcrübə və infrastruktura əldə edir.

Bilik və bacarıqlarını möhkəmləndirmək və təkmilləşdirmək arzusunda olan şəxslər üçün bu ali təhsil ocağında Təhsilin Davam Etdirilməsi Məktəbi fəaliyyət göstərir. Məktəbdə geniş spektrdə mühazirə və seminar kursları mövcuddur. Bu modul proqramlar tək fərdi şəxslər üçün deyil, müxtəlif şirkətlər üçün də nəzərdə tutulub.

Lozanna Federal Politexnik Məktəbi İsveçrənin NEBIS kitabxanalar şəbəkəsinin üzvüdür. NEBIS kitabxana sisteminə 3 milyondan çox kitab, eləcə də dövri nəşr, jurnal, qəzet, Çin nadir kitablar kolleksiyaları, lüğət və ensiklopediyalar, dərsliklər, elmi nəşrlər, verilənlər bazası, CD və DVD disklər və s. daxildir. Lozanna Federal Politexnik Məktəbinə Memarlıq, Müasir tikinti arxivləri, LMS-LMR (qaya və torpaq mexanikası laboratoriyası), ICOM (polad konstruksiyalar laboratoriyası), LMH (hidravlik mexanizmlər laboratoriyası), LITEP (intermodal daşınma, nəqliyyat və planlaşdırma),  CRPP (Plazma Fizikası Tədqiqat Mərkəzi), Topometriya, LANOS (qeyri-xətti sistemlər laboratoriyası), LTT (tətbiqi termodinamika və turbomaşınlar laboratoriyası), LASIQ (coğrafi informasiya sistemləri laboratoriyası), Politexnik, BETON və MCS kitabxanaları daxildir.    

2000-ci ilin mart ayından Lozanna Federal Politexnik Məktəbinin prezidenti vəzifəsini tibb və neyrobiologiya üzrə professor Patrik Abişer icra edir. O, həmçinin, 2004-cü ildən Federal Politexnik Məktəbləri Şurasının üzvüdür. Məktəbin akademik işlər üzrə vitse-prezidenti Gillet Filipp, idarəolunması üzrə vitse-prezidenti isə Vetterli Martindir. Məktəbdə 4000 nəfər işçi çalışır.

Lozanna Federal Politexnik Məktəbində 7000-dən çox tələbə təhsil alır. Onların 3700 nəfərini bakalavr, 1600 nəfərini magistrantlar, 1700 nəfərini isə doktorantlar təşkil edir. Son beş ildə qız tələbələrin sayı məktəbdə 30% artıb. Məktəbin müəllim və tələbələrinin 50%-ni əcnəbilər təşkil edir. Burada 107-dən çox millətin nümayəndələrinə rast gəlmək olar. Lozanna Federal Politexnik Məktəbi dünyanın ən kosmopolit universitetlərindən biridir.

İsveçrə dünyanın ən bahalı ölkələrindəndir və burada yaşamaq insanlara çox baha başa gəlir. Lozanna Federal Politexnik Məktəbində tələbələrin yataqxana ilə təmin olunması məsələsi çətindir. Demək olar ki, burada tələbə yataqxanaları yoxdur və tələbələr özləri Lozanna şəhərində kirayə mənzil və otaqlar tapmalıdırlar. Burada 1 otaqda 1 il qalmaq tələbəyə 7000 İsveçrə frankına başa gəlir.

Əlil tələbələr üçün kampusda, eləcə də Vaud kantonunda xüsusi şəraitli yataqxanalar, tədris kabinetləri var və məktəb belə tələbələrə lazımi dəstək göstərir.

Məktəbin kampusunda tələbələrin qidalanması üçün tanınmış Le Korbuzye, Le Parmentye, Le Vinçi, Le Kopernik, La Table de Valloton restoranları və çoxlu sayda kafelər var. Universitetin yeməkxanalarında qidalanmaq üçün tələbəyə ayda 600 İsveçrə frankı lazım olur. Kitab, kompüter, kalkulyator və s. dərs ləvazimatları üçün tələbə, orta hesabla, 1200, geyim və şəxsi əşyalar üçün ildə 2000, nəqliyyat, sığorta və digər xərclər üçün isə ildə 3500 İsveçrə frankı xərcləyir. Ümumilikdə təhsil haqqı və bütün digər xərclər daxil olmaqla tələbəyə 1 ilə 22000 İsveçrə frankı lazımdır.

Lozanna Federal Politexnik Məktəbi tələbələrə geniş palitralı mədəni və idman tədbirləri təklif edir. Bu məqsədlə burada çoxlu sayda qrup və assosiasiyalar yaradılıb. Məktəbdə tələbələrə yüksək səviyyəli tibbi xidmət təklif olunur. Kampusun ərazisində siqaret çəkmək qadağan edilib.

Lozanna Federal Politexnik Məktəbinin məqsədi bütün dünyadan ən savadlı tələbələri cəlb etmək, məzunlarının əmək bazarına çıxışını asanlaşdırmaqdır. Məktəbin məzunları arasında çoxlu sayda dünya şöhrətli alim və iş adamlarına rast gəlmək olar. Lozanna Federal Politexnik Məktəbi dünyada ən aparıcı texnologiya institutlarına çevrilmək üçün səylə çalışır.  

Universitetin məşhur məzunları 

  Frank Ribud "Danone" şirkətinin direktoru  
  Nelli Venger  "Nestle" şirkətinin sabiq direktoru  
  Otman Bencellun BMCE bankının icraçı direktoru  
  Jan Daniel Nicoud "Smaky" personal kompüterinin ixtiraçısı  
  Toni Konde  alim, "PersonalCare" sisteminin yaradıcısı  
  Andre Kudelski "Canal +"-da ilk şifrləmə sisteminin ixtiraçısı  
  Daniel Borel "Logitech" kompaniyasının yaradıcısı  
  Mark Burki, Paolo Buzzi "Swissquote" kompaniyasının yaradıcıları  
  Jorj de Mestral  yapışqanın (Velco lenti) ixtiraçısı  
  Klod Nikolye astronavt  
  Sarklo bəstəkar, ifaçı  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

2 İyul 2010 - 25

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı
 
Samuxda birinci sinif müəllimləri üçün seminar keçirildi
 
Gəncədə daha bir məktəb binası yeni dərs ilinə hazırdır 
 
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə
 
"Təhsil və mətbuat" mövzusunda regional konfrans
 
Ənənəvi "İnnovasiya günü" forumu
 
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib
 
Azərbaycan Texniki Universitetinin 60-cı yubiley buraxılışı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü qeyd edildi
 
Akademik Zərifə Əliyeva adına orta məktəbin məzunu ABŞ-da ali təhsil alacaq
 
Naxçıvan Dövlət Universitetində məzun günü
 
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib
 
Bağçada uşaqların ekoloji tərbiyəsi
 
Əməkdaşlığa dair müqavilə imzalandı
 
Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol
 
İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı
 
Tükənməyən arzu, bitməyən həvəs
 
Veteran müəllimlər şurasının hesabat yığıncağı
 
Balaca məzunlar meydanı tərk etmək istəmirdilər...
 
Azərbaycanın Milli Qəhrəmanları
 
ADU-da Avstriya kitabxanası açıldı
 
"Zahid Xəlilin sənət dünyası"
 
Dünya universitetləri: Lozanna Federal Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov