Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 İyul 2010 - 26

 
Dünya universitetləri:

Osaka Universiteti

Bookmark and Share
  Yerləşir: Yaponiya, Honsyu adası, Osaka şəhəri  
Yaranma tarixi: 1724 -cü il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 5466 nəfər
Tələbələrin sayı: 15937 nəfər
İllik gəlirləri: 128119000000 yen
İllik xərcləri: 128119000000 yen
Rəsmi saytı: www.osaka-u.ac.jp

Osaka Universiteti (Osaka University) Yaponiyanın Honsyu adasının Osaka şəhərində yerləşir. Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın altıncı ən qədim universitetidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Osaka Universiteti 100 ən yaxşı ali məktəb arasında 43-cü, Yaponiya universitetləri arasında isə 3-cü yerdə sıralanıb.

Osaka Universiteti fundamental elmlər, texnika və tibb sahələrinin yüksək səviyyədə öyrənilməsinə görə dünyada tanınır. 

Tarixi 

Osaka Universiteti 1931-ci ildə yaradılsa da, onun tarixi kökləri Yaponiyanın Edo dövrünə təsadüf edir. Belə ki,  hələ 1724-cü ildə Osaka şəhərində tacirlər üçün Kaitokudo məktəbi - "qakumonjo" ("oxumaq üçün yer") açılır. Məktəbin verdiyi mükəmməl təhsil həmin dövrün sakinlərinin qürur mənbəyi olur. Daha sonra həkim və alim Oqata Koan burada Tekijuku məktəbi, Omura Masujiro Yaponiyanın ilk hərbi məktəbini yaradır. Edo dövründə Yaponiyada öyrədilən yeganə xarici dil Hollandiya dili olur.

1869-cu ildə Osaka şəhərinin mərkəzində Osaka Tibb Məktəbi açılır və 1919-cu ildə həmin məktəb imperatorun sərəncamına əsasən universitet statusu qazanmış Ali Tibb Kollecinə çevrilir. 1931-ci ildə yeni açılmış Elm Kolleci Ali Tibb Kolleci ilə birləşdirilərək altıncı imperator ali məktəbi olan Osaka İmperator Universiteti yaradılır. 1933-cü ildə Osaka Texniki Universiteti Osaka Universitetinə birləşdirilir və universitetdə Mühəndislik Məktəbi fəaliyyətə başlayır. Osaka İmperator Universitetinin adı 1947-ci ildə Osaka Universiteti ilə əvəz olunur. 5 məktəbdən (Elm, Tibb, Mühəndislik, Yazı (filologiya), Hüquq) ibarət olan universitet 1949-cu ildə yeni təhsil islahatları qəbul edir. Həmin il burada Humanitar Elmlər Departamenti yaradılır. 

1951-ci ildə stomatologiya, 1955-ci ildə isə əczaçılıq fakültələri universitetin Tibb Məktəbindən ayrılaraq ayrıca məktəb kimi fəaliyyət göstərməyə başlayır. 1972-ci ildə psixologiya, sosiologiya və pedaqogika fakültələri Yazı (filologiya) Məktəbindən çıxarılaraq Humanitar Elmlər Məktəbinə birləşdirilir. 1989-cu ildə universitetdə magistr və doktorantlar üçün Dil və Mədəniyyət Ali Məktəbi yaradılır. 1993-cü ildə Osaka Universitet Xəstəxanası Nakanosima kampusundan Suita kampusuna köçürülür və bununla da səpələnmiş universitet binalarının bir kampusda cəmlənməsi prosesi başa çatır. 1994-cü ildə universitetdə Osaka Beynəlxalq Dövlət Siyasəti Məktəbi açılır.

2002-ci ildə universitetdə İnformasiya və Texnologiya Ali Məktəbi yaradılır, 2007-ci ildə isə Osaka Xarici Dillər Universiteti Osaka Universitetinə birləşdirilir və  Osaka Universiteti ölkənin ən böyük ali təhsil ocaqlarından birinə çevrilir.  

Büdcə və təhsil haqqı 

2009-2010-cu tədris ilində Osaka Universitetinin gəlir və xərcləri ümumilikdə 128119000000 yen təşkil edib.

Osaka Universitetində bakalavr, magistratura və doktorantura pilləsində oxuyan tələbələrin təhsil haqqı 535800, Hüquq Ali Məktəbində isə 804000 yendir. Maliyyə durumu çətin olan və yaxşı nəticələr göstərən tələbələr təhsil haqqının hamısı və ya yarısından azad ola bilərlər.

Osaka Universitetində tələbələrə 3 növ təqaüd təklif olunur: Yaponiya Tələbə Təşkilatı, özəl təşkilatlar və bələdiyyələr, Osaka Universitetinin ümumtəhsil tədris təqaüdləri. Yaponiya Tələbə Təşkilatının, özəl təşkilatlar və bələdiyyələrin ayırdığı təqaüdlər təhsil haqqını ödəməyə imkanları olmayan sağlam, yaxşı oxuyan tələbələrə borc kimi verilir. Tələbə universiteti bitirdikdən sonra işlədikcə tədricən borcunu qaytarır. Osaka Universitetinin ümumtəhsil tədris təqaüdü universitetin ikinci kursundan başlayaraq əla nəticələr göstərən tələbələrə təklif olunur. Universitetin bakalavr pilləsində təhsil alan tələbələr 30000-51000 yen, magistratura və doktorantura pilləsində oxuyan tələbələr isə 50000-88000, 80000-122000 yen təqaüd alırlar.  

Universitet bu gün 

Osaka Universiteti 3 kampusdan ibarətdir: Suita, Toyonaka, Minoh. Ali məktəbin əsas kampusu olan Suita kampusu Suita və İbaraki şəhərləri boyu uzanır. Kampus 996659 m2 ərazini əhatə edir. Bu kampusda Administrasiya Bürosu, humanitar elmlər, tibb, stomatologiya, farmakologiya və mühəndislik fakültələri, Milli Birləşdirilmiş Kibermedia, Nüvə Fizikası Problemləri Elmi-Tədqiqat mərkəzləri, müxtəlif avtomobil, motosikl, velosiped dayanacaqları, idman kompleksləri, tennis kortları  yerləşir.

Toyonaka kampusu 445851 m2 ərazini əhatə edir və burada universitet kitabxanası, ədəbiyyat, hüquq, iqtisadiyyat, elm və texniki elmlər fakültələri yerləşir. Bundan əlavə, Beynəlxalq Dövlət Siyasəti, Dil və Ədəbiyyat, İnformatika məktəbləri, Hüquqi və Siyasi  Təcrübə Mərkəzi mövcuddur.

Minoh kampusu 2007-ci ildə Osaka Xarici Dillər Universitetinin Osaka Universitetinə birləşdirilməsindən sonra yaranıb. 145125 m2 ərazini əhatə edən kampusda Xarici Dillər, Dünya Dilləri, Yapon Dili və Mədəniyyəti məktəbləri yerləşir.

Bu üç kampusa əlavə olaraq Osaka şəhərinin mərkəzində universitetin keçmiş kampusu Nakanosima yerləşir. 1000 m2 ərazisi olan şəhərciyin binaları 1993-cü ildə Suita kampusuna köçürüldükdən sonra 2004-cü ildən başlayaraq Nakanosima Mərkəzi adlanır. Mərkəzdə informasiya mübadiləsi, yaşlı insanların təhsili, müxtəlif tədbirlər həyata keçirilir.

Osaka Universitetinin nəzdində 11 məktəb (Yazı, Humanitar Elmlər, Xarici Dillər, Hüquq və Siyasət, İqtisadiyyat, Elm, Tibb, Stomatologiya, Farmakologiya, Maşınqayırma, Mühəndislik), magistr və doktorantlar üçün 15 ali məktəb - Graduate Schools (Dil və Mədəniyyət, Yazı, Humanitar Elmlər, Hüquq və Siyasət, İqtisadiyyat, Elm, Tibb, Stomatologiya, Farmakologiya, Maşınqayırma, Mühəndislik, Beynəlxalq Dövlət Siyasəti, İnformatika və İnformasiya Texnologiyaları, Sərhəd Bioelmlər, Hüquq), 5 elmi-tədqiqat institutu (Mikrob Xəstəlikləri, Elm və Sənaye Tədqiqatları, Zülal Tədqiqatı, Sosial-İqtisadi Tədqiqatlar, Birləşdirmə və Qaynaq Tədqiqatı institutları), Osaka, Kanazava və Hamamatsu universitetlərinin Tibb Məktəbi, Osaka Universiteti Hospitalı, Osaka Universiteti Stomatoloji Xəstəxanası, 3 filialı olan Əsas kitabxana və s. institut və mərkəzlər fəaliyyət göstərir.

Yazı (filologiya) və Humanitar Elmlər məktəblərinin tərkibində Humanitar elmlər departamentləri,  Elm Məktəbinin tərkibində Riyaziyyat, Fizika, Kimya, Biologiya bölmələri, Xarici Dillər Məktəbində Çin, Koreya, Monqolustan, İndoneziya, Filippin, Tay, Vyetnam, Birma, hindu, urdu, ərəb, fars, türk, Suasili, rus, macar, Danimarka, İsveç, alman, ingilis, fransız, italyan, ispan, portuqal dilləri departamentləri, Hüquq Məktəbində Hüquq və Beynəlxalq Siyasət departamentləri, İqtisadiyyat Məktəbində İqtisadiyyat və Menecment departamenti, Tibb Məktəbində Tibb və Qarışıq Tibb Elmləri departamentləri, Stomatologiya Məktəbində Stomatologiya departamenti, Farmakologiya Məktəbində Farmakologiya və Əczaçılıq Elmləri departamentləri, Maşınqayırma Məktəbində Tətbiqi elmlər, Mexanika, material və istehsal elmləri, Elektron və informasiya texnikası, Sabit energetika və ekologiya mühəndisliyi, Qlobal Arxitektura departamentləri, Mühəndislik Məktəbində Elektronika və materiallar fizikası, Kimya elmi və Layihələşdirmə, Sistemlər elmi, İnformatika və Kompüter elmləri departamentləri mövcuddur. Universitetin ali məktəblərinin də hər biri bir neçə departamentdən ibarətdir.

Osaka Universitetinin kitabxana sisteminə Əsas, Həyat Elmləri, Elmi-Texniki, Beynəlxalq kitabxanaları daxildir və burada ümumilikdə 4 milyondan çox kitab var. Əsas kitabxananın yeni binası 2000-ci ildə istifadəyə verilib. Kitabxanada bütün sahələri əhatə edən materiallara rast gəlmək olar. Əsas kitabxanada 2250000 cild kitab və jurnal, 8700 dövri nəşr, eləcə də nadir kitablar, audio və video materiallar, mikroformalar, verilənlər bazası, kompakt disklər və s. mövcuddur.

Həyat elmləri kitabxanası 1922-ci ildə açılıb və Suita kampusunda yerləşir. Burada əsasən tibb, stomatologiya, əczaçılıq elmlərinə aid kitablar mövcuddur. Elmi-Texniki kitabxana 1970-ci ildən fəaliyyət göstərir. Kitabxana Suita kampusunda yerləşir və burada texniki və dəqiq fənlərə aid olan kitablar saxlanılır. Beynəlxalq kitabxana universitetin ən yeni kitabxanasıdır və 2007-ci ildə Osaka Xarici Dillər Universiteti Osaka Universitetinə birləşdikdən sonra yaradılıb və Minoh kampusunda yerləşir. Kitabxanada 600000-dən çox kitab mövcuddur və bu, ölkənin beynəlxalq tədqiqatlar və linqvistika sahəsinə aid ən əsas kitabxanalarından biridir. Kitabxanalarda oxucuların istifadəsinə fərdi elmi işlə məşğul olmaq üçün kabinetlər, qrupla oxumaq üçün auditoriyalar, DVD və video materiallarla tanış olmaq üçün kabinetlər, multimediaterminallar, Kibermediamərkəz terminalları, simsiz LAN şəbəkəsi, OPAC terminalı, verilənlər bazası ilə işləmək üçün kompüterlər, noutbuklar verilib.  

Osaka Universitetinin prezidenti hazırda kliniki fəlsəfə və etika üzrə professor Uoşida Kiyokazudur. Universitetin vitse-prezidentləri isə Nişida Şoqo, Koidzumi Cunci, Nişio Şociro, Doi Takefumidir. Ali məktəbin Administrasiya Bürosu 8 departament, 22 bölmə, 7 ofisdən ibarətdir. Ümumilikdə universitetdə 5466 işçi çalışır. Professor-müəllim heyətinin sayı 2953, inzibati heyətin sayı isə 2513 nəfərə bərabərdir. Universitetin alimləri arasında 18 Mədəniyyətə Xidmət Ordeni, 15 Yaponiya İmperatorluğu Akademiyası, 41 Yaponiya Akademiyası mükafatçıları var.

2009-2010-cu tədris ilində Osaka Universitetinin tələbələrinin ümumi sayı 15937 nəfər olub. Onların 3250 nəfərini bakalavr, 1673 nəfərini magistratura, 939 nəfərini isə doktorantura pilləsində təhsil alan gənclər təşkil edib. Əcnəbi tələbələrin sayı 1455 nəfər olub. Universitetin Hüquq Məktəbində 7856 nəfər tələbə oxuyub.

Osaka Universitetində tələbələrin qalmaları üçün 5 yataqxana mövcuddur. Bunlar Toneyama, Seimei, Nina, Koyo və Momiji yataqxanalarıdır. Yataqxanada ümumi və birnəfərlik otaqlar mövcuddur. Otaqlar İnternet şəbəkəsinə qoşulub, otaqda yazı stolu, kitab şkafı, stol və stullar olur. Toneyama, Nina, Koyo və Momiji yataqxanalarında qalmaq tələbəyə ayda 4300, Seimei yataqxanasında isə 4700 yenə başa gəlir. Bu məbləğə kommunal xərclər daxil deyil.

Ali məktəbdə "Osaka Universiteti idman təşkilatı" fəaliyyət göstərir. Hazırda təşkilatın 9000 üzvü var. Onların 1812 nəfəri 2009-cu ildə 58-dən çox idman növü üzrə universiteti layiqincə təmsil edib. "Osaka Universiteti mədəniyyət təşkilatı" universitetin mədəni əlaqələrinin inkişafı və zənginləşdirilməsi məqsədi ilə yaradılıb. Təşkilata 68 klub daxildir və onların 2888-dən çox üzvü var.

Osaka Universitetinin prezidenti Uoşida Kiyokazu rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında deyir: "Osaka Universiteti cəmiyyətin tam inamını qazana biləcək mütəxəssis və tədqiqatçılar yetişdirir. Başqa sözlə, əsl müdrik, nəcib və yüksək səviyyədə ünsiyyət qurmağa malik insanlar bu ali məktəbin məzunlarına çevrilir. Universitetin hər bir işçisi, tələbəsi, tədqiqatçısı bütün qüvvələrini birləşdirərək çalışır ki, cəmiyyət onların  haqqında  desin:  "Osaka  Universitetini  bitirən şəxslər həqiqətən başqa  insanlardan  bir  addım  qabaqdadırlar".

 Ali məktəbin şüarı belə səslənir: "Lokal yaşa, qlobal böyü".   

Universitetin məşhur məzunları 

  Akio Morita  "Sony" şirkətinin yaradıcısı  
  Hantaro Naqaoka Osaka Universitetinin ilk prezidenti, fizik  
  Hideki Yukava fizika üzrə Nobel mükafatı laureatı  
  Osamu Hayaişi  tibb üzrə Vulf mükafatı laureatı  
  Osamu Tezuka Manqa (yapon komiksləri) müəllifi və animator  
  Heizo Tekenaka  tanınmış Yaponiya iqtisadçısı  
  Mitio Morisima  tanınmış Yaponiya iqtisadçısı  
  Şiba Ryotaro  Yaponiya yazıçısı  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 İyul 2010 - 26

2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Qaydalar"ın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qərarın elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları
 
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları
 
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının təqdimatı oldu
 
Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı təsdiq etdi
 
Məktəblərdə videotexnologiyalar tətbiq olunur
 
Tədrisin effektliyini artırmaq məqsədi ilə yeni elektron dərslər hazırlanır
 
Gənclər enerji problemlərinə həsr olunmuş məsələləri Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbində müzakirə edirlər
 
Jurnalistlər arasında təhsil mövzusunda keçirilmiş müsabiqənin nəticələri açıqlandı Əməkdaşımız müsabiqə qalibi oldu
 
"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi" açıldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın təhsil sistemində maliyyələşmə ilə bağlı aparılan islahatlar və ali təhsildə yeni maliyyələşmə mexanizmi
 
Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu
 
İndoneziya mərkəzi açılıb
 
"Gənc istedadlar" liseyinə seçim obyektivlik şəraitində aparılıb
 
"Müasir dövrdə liderlik: Məktəb liderliyi və idarəolunması" mövzusunda beynəlxalq yay məktəbi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təhsil islahatları və ilk peşə-ixtisas təhsili kurikulumu" mövzusunda seminar
 
Yaradıcı müəllim
 
Təhsil ocağı Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunur
 
Fransalı alimlər Bakı Slavyan Universitetində seminar keçiriblər
 
Uşaqların nağıl sovqatı
 
Futbolçularımız Polşaya yola salındılar
 
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin rəhbərlərinə
 
Dünya universitetləri: Osaka Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov