Lənkəran Dövlət Universitetində birinci kurs
tələbələri ilə görüş keçirilmişdir. LDU-nun
rektoru, fizika-riyaziyyat elmləri doktoru,
professor Asəf İsgəndərov ali məktəbə qəbul
olunanları təbrik etmiş, kredit sisteminə
keçidlə əlaqədar yeni təhsil texnologiyalarının
vacibliyindən, bu istiqamətdə müəllim və
tələbələr qarşısında duran vəzifələrdən
danışmışdır. Bildirilmişdir ki, universitetdə
elmin və təhsilin yeni səviyyədə inkişafı
istiqamətində səylər ildən-ilə artır.
Görüşdə qeyd edilmişdir ki, yeni dərs ilində
universitetdə 1500-dək tələbə təhsil alır. Bunun
382 nəfəri tələbə adına bu il layiq görülmüşdür.
Qəbul olunan tələbələrin 348 nəfəri bakalavr, 34
nəfəri magistr pilləsində oxuyur.
Xarici dil kafedrasının müdiri Kamran Kazımov,
iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı
Əlixan Bədəlov, təbiyyat fakültəsinin dekanı
Rəşad Əliyev, humanitar və pedaqoji elmlər
fakültəsinin dekanı Rakif İbadov tələbələri
təbrik etmiş, elm və təhsil yolunda onlara
uğurlar arzulamışlar.
Birinci kurs tələbələrindən Cəmilə Əliyeva,
Aynur Fərzəlizadə, Günəş Bayramlı və başqaları
ürək sözlərini söyləmiş, yaxşı oxuyacaqlarını,
universitetin ictimai həyatında fəal iştirak
edəcəklərini bildirmişlər.
Tədbirdə rayon ictimaiyyəti və təhsil
müəssisələrinin nümayəndələri iştirak edirdilər.
Hacı Etibar ƏHƏDOV |