Baş nazir Vladimir Putin 2020-ci ilədək inkişaf
proqramını reallaşdırmaq üçün Moskva Dövlət
Universitetinə vəsait ayrılması haqqında
sərəncam imzalayıb. RF hökuməti tərəfindən
proqramın özü də təsdiq olunub. MDU-nun rektoru
Viktor Sadovniçi jurnalistlərlə görüşündə
bildirib ki, proqramın əsasını 10 prioritet
istiqamət təşkil edir. 2010-2011-ci illərdə onun
reallaşdırılması üçün MDU artıq 5 milyard rubl
alıb.
Proqramın prioritet istiqamətlərindən biri
MDU-nun pedaqoji kadrların hazırlanması və
yenidənhazırlanması ilə bağlı fəaliyyətidir.
V.Sadovniçi onu qısaca "MDU-məktəbə" adlandırıb.
Bildirib ki, artıq bu il ərzində MDU-nun yay
məktəblərində bütün fənlər üzrə 1000-dən çox
rusiyalı müəllim iştirak edib.
Başqa bir mühüm istiqamət ondan ibarətdir ki,
artıq 2011-ci ildən MDU özünün xüsusi təhsil
proqramları ilə işləyəcək. Universitetdə
mütəxəssislər 6 il müddətində hazırlanacaq. İlk
ilyarım ərzində tələbələr fakültələrarası
hazırlıq alacaqlar. Məsələn, ali riyaziyyat
fakültəsinə daxil olan tələbələr birinci və bir
qədər də ikinci kursda fəlsəfəni, tarixi, xarici
dilləri öyrənəcəklər. 6 il oxuyan tələbə iki
diplom ala bilər - mütəxəssis və magistr
diplomları. Bunun üçün 5-ci kursun ortasında
onlar magistr proqramını keçmək istədiklərini
bildirməlidirlər.
MDU-da 100 əlavə magistr proqramı hazırlanıb.
Onlara digər ali məktəblərdən bakalavrlar da
qəbul olunacaq.
Hazırladı: Y.ƏLİYEV |