Voleybol və basketbol idman növləri üzrə məktəblilər arasında respublika birinciliyi başa çatıb.

 

Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi, ”Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəb, rayon (şəhər), zona və final mərhələləri üzrə keçirilən birinciliyə respublikanın 3600-ə yaxın ümumtəhsil məktəbindən 40 mindən çox məktəbli qatılıb.

 

Bakı şəhəri 20 nömrəli məktəb-liseyin idman zalında təşkil olunan final yarışlarında basketbol idman növü üzrə I yeri Bakı şəhəri 269 nömrəli, II yeri Bakı şəhəri 260 nömrəli, III yeri Cəlilabad rayonu 8 nömrəli, voleybol idman növü üzrə I yeri Balakən rayonu Sarıbulaq kənd, II yeri Bakı şəhəri 89 nömrəli, III yeri Şəki şəhəri 10 nömrəli tam orta məktəblərin komandaları tutub.

 

Qaliblər kubok və diplomla təltif edilib.

 

Respublika birinciliyinin əsasnaməsinə uyğun olaraq I yeri tutan komandaların Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi ilə məktəblilər arasında keçiriləcək beynəlxalq yarışlarda iştirakı nəzərdə tutulur.

 

Yarışın keçirilməsində əsas məqsəd voleybol və basketbol idman növlərinin  məktəblilər arasında təbliğ edilməsi, məktəblilər arasında dostluq əlaqələrinin yaradılması, sözügedən idman növləri üzrə keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcək komandaların müəyyən edilməsindən ibarətdir.