UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanov ABŞ-ın Cənubi Nyu-Hempşir Universitetində (Southern New Hampshire  University -SNHU) tədqiqat aparır.

 

SNHU-nin dəvəti ilə universitetin Biznes Məktəbində tədqiqat aparan T.Süleymanov səfər çərçivəsində MBA proqramı çərçivəsində tədris olunan “Liderlik və təşkilatı davranış” fənni üzrə qonaq məruzəçi qismində çıxış edib. O, məruzəsində işçi davranışı və iş məmnuniyyəti nəzəriyyələrinin izahını verərək mövzü üzrə keyslər göstərib, mühüm faktorların mahiyyətini açıqlayıb.

 

UNEC gənc müəllimi ali təhsil müəssisələrinin brendlənməsi istiqamətində Amerikada tədqiqatlarını davam etdirir.