Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti  və Azərbaycan Texnologiya Universitetinə prorektor vəzifəsinə yeni təyinatlar olub. 
 
 
Belə ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, Ətrabə Gül Bakı Mühəndislik Universitetinin beynəlxalq əlaqələr, Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr və Şahmar Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunublar.