Mayın 15-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Azərbaycan Tərcümə Mərkəzi və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsi olan “Əsrarəngiz Misir nağılları” kitabının təqdimatı və kitaba çəkilən rəsm əsərlərinin sərgisi keçiriləcək. Kitabxanadan bildirilib ki, tədbirin keçirilməsində məqsəd nağıllar vasitəsilə uşaqların dünyagörüşünün formalaşdırılması, balacalarda uşaq ədəbiyyatına olan marağı artırmaq  və  onların istedad  və bacarıqlarını üzə çıxarmaqdır.

 

Sifai SƏFƏROVA