Koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmaması, əhalinin sağlamlığının qorunması məqsədilə bütün ali və orta təhsil müəssisələrində tədris müddəti aprelin 20-dək uzadılıb. Tədrisin onlayn platformada davam etdirilməsi ictimai rəydə dəstəklənir və distant təhsilə keçən təhsil ocaqlarının sayı artır.  

 

Azərbaycan Texniki Universiteti (AzTU) nəzdində Bakı Texniki Kolleci də video dərslərə start verib. Tələbələrin dərslərdən geri qalmaması məqsədilə mühazirə konspektləri, məşğələ materialları kollecin rəsmi saytında yerləşdirilib.

 

Universitetdən verilən məlumata görə, video dərslərlə kollecin saytında da (bakitexnikikolleci.az) tanış olmaq mümkündür.