2-ci Qarabağ müharibəsi şəhidi Nurağa Tağıyevin anası Yeganə Tağıyeva eksternat qaydada imtahan verərək Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdən tam orta təhsil haqqında attestat alaraq məzun olub.
 
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, attestat şəhid anasına Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev tərəfindən evində təqdim olunub. 
 
Yeganə Tağıyeva şəhid analarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, elm və təhsil naziri Emin Əmrullayevə və nazirliyin yerli bölmələrinin əməkdaşlarına minnətdarlığını bildirib. 
 
Yeganə Tağıyeva qəbul imtahanlarına hazırlaşaraq orta ixtisas təhsili almaq fikrində olduğunu bildirib.