Azərbaycan Dövlət İqtisad Universiteti ( UNEC) ilə  Rusiya Ali İqtisad Məktəbi Milli Tədqiqat Universiteti (MTİ) arasında əməkdaşlıq davam edir.

 

Rusiya Ali İqtisad Məktəbi əməkdaşlıq çərçivəsində UNEC-in ödənişsiz onlayn kurslara qatılması barədə ali məktəbin rektoru, professor Ədalət Muradova təşəbbüs məktubu ünvanlayıb. Təklifə əsasən, UNEC tələbələri 72 fənn üzrə rus və ingilis dillərində Rusiya Ali İqtisad Məktəbinin onlayn dərslərini dinləyə biləcəklər. Bu barədə UNEC-dən məlimat verilib.

 

Bildirilib ki, UNEC bundan öncə ABŞ-ın Stenford Universitetinin “Coursera of Campus” proqramına qoşularaq, dünyanın aparıcı 18 universitet və şirkətinin 400 ixtisas üzrə onlayn kurslarına da ödənişsiz olaraq qatılıb.