Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) də koronavirus pandemiyası ilə əlaqədar təhsildə yaranan məcburi fasilənin yerini doldurmaq, yəni təhsilin davamlılığının təmin edilməsi məqsədilə bütün dərslər distant şəkildə tədris olunur.

 

UFAZ-da onlayn tədris yerli və əcnəbi müəllimlərin iştirakı ilə davam etdirilir və  “Microsoft Teams” platforması üzərindən aparılır. Qeydə alınan statistik rəqəmlərə görə, UFAZ üzrə indiyə qədər 538 bakalavr distant tədris prosesinə qatılıb.