Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müəllimləri - dosent Yusif Abdullayev, dosent Rəvan Rəhimov və universitetin II kurs magistr tələbəsi Elgün Həsənovun müəllifi olduğu məqalə impakt faktoru 4.978 və Q1 kateqoriyasına aid olan “Journal of İndustrial and Engineering Chemistry”-də çap olunub.

 

“Ali karbon turşuları, propilen oksidi və heksametilendiamin əsasında yeni sinif cocogem səthi-aktiv maddələr: nəzəriyyə və tətbiqi” adlı məqalə E.Həsənovun magistr dissertasiyasının nəticələrinin bir hissəsini özündə əks etdirir. Məqalə sənayədə istehsal olunan kimya məhsulları əsasında effektiv emulqator və kopükəmələgətirmə xassələrinə malik olan yeni növ səthi-aktiv maddələrin alınmasına həsr olunub.  Burada, eyni zamanda, səthi-aktiv maddələrin sintezinin otaq temperaturunda, katalizatorsuz alınması prosesinin iqtisadi cəhətdən əlverişli olması göstərilir.

 

Məqalənin tam mətni ilə https://www.sciencedirect.com/science/article/abs/pii/S1226086X20300988 linki vasitəsilə tanış olmaq mümkündür.

 

Qeyd edək ki, məqalə ilə bağlı tədqiqatların əsas hissəsi BMU-nun Kimya mühəndisliyi kafedrasında və AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda aparılıb.