Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları növbəti humanist aksiyanı həyata keçiriblər.

 

Belə ki, təhsil ocağının rektoru,  professor Nurlana Əliyevanın müvafiq tövsiyə və əmrinə əsasən, BSU-da  təhsil alan və sosial baxımdan cəmiyyətin həssas əhali təbəqəsinə aid edilən ailələrin övladlarına,o cümlədən  hər iki valideynini itirmiş tələbələrə, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, eləcə də bu qəbildən olan digər ailələrin övladlarına ərzaq yardımı edilib.

 

Bu barədə BSU-dan məlumat verilib. Bildirilib ki, universitetin kollektivi ehtiyacı olan tələbələrə yardım göstərməklə Prezident  İlham Əliyevin “ Biz birlikdə güclüyük!”şüarı və Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban  Əliyevanın tövsiyələri ilə həmrəy olduğunu bir daha nümayiş etdirib.