Bakı Dövlət Universitetində (BDU) elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, tədqiqatçılar öz axtarışlarını davam etdirir, onlayn formada məsləhətləşmələr və müzakirələr aparır, elmi fəaliyyətlərini məsafədən koordinasiya edirlər.

 

BDU-dan bildirilib ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq,  universitetin  sənaye kimyası laboratoriyasında da tədqiqat işləri məsafədən idarə olunmaqla həyata keçirilir. Laboratoriya əməkdaşlarının tədris etdiyi dərslər Microsoft Teams platforması üzərindən məsafədən təşkil olunur, mühüm elmi nəticələr müzakirəyə çıxarılır, yeni innovativ ideyalar haqqında mülahizələr irəli sürülür. Eyni zamanda Fransanın Lorraine, Tunisin Carthage, Amerika Birləşmiş Ştatlarının (ABŞ) İllinois universitetlərinin professorları ilə yeni elmi məqalələr üzərində məsləhətləşmələr gedir.

 

Həmçinin  laboratoriya əməkdaşlarının üzərində çalışdıqları “The design of the novel peptide based antimicrobial agents and their in vitro/in vivo investigation”, “Thermodynamic modeling of Asphaltene Precipitation”, “Elemental analysis by X-ray Fluorescence Spectroscopy”, “Mineralogy analysis by X-ray Powder Diffraction”, “Salinity variation study in a Caspian Basin oil Field”, “Ca(OH)2 and CaCO3 based nanomaterials for cement reinforcement”, “Synthesis of graphene oxide and silver nanoparticles based biologically active supramolecular ensembles”, “Development of novel graphene oxide based piezophototronic devices”, “New membranes for desalination membranes”, “Functionalization of surgical meshes”, “Coupling of computational flow dynamics and experimental chemistry to identify the optimal sand consolidation technology”, “Activity recovery of traditional antimicrobial agents on resistant strains by nanosupramolecular approach” layihələri üzrə araşdırmalar onlayn formada davam etdirilir, alqoritmlər hazırlanır, modelləşdirmə və kodlaşdırma işləri görülür.