Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə koronavirus pandemiyası dövründə Mərkəzin fəaliyyəti ilə əlaqədar onlayn mətbuat konfransı keçirib.

 

DİM-dən bildirilib ki, onlayn konfransa kütləvi informasiya vasitələrinin 30-dək nümayəndəsi qoşulub.

 

M. Abbaszadə DİM-in fəaliyyət istiqamətləri, Mərkəz tərəfindən keçiriləcək imtahanlar, onlayn və oflayn imtahanların keçirilməsi üçün şərtlər, imtahanların qrafiki və s. məsələlər haqqında jurnalistlərin suallarını cavablandırıb.

 

Qeyd olunub ki, imtahan və tədbirlərin yeni qrafiki  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək..