Azərbaycan Memarlıq və İnşaat Universitetində “British Council” şirkətinin “Creative Spark” proqramı çərçivəsində tələbələr üçün sonuncu onlayn dərslər keçirilib.

 

Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, Böyük Britaniyadan olan müəllimlər və mütəxəssislər onlayn dərslərə qoşulublar. Dərslərdə ən çox fəal iştirak edən tələbələr maraqlı layihələr hazırlayıb və təqdimatlar ediblər. Memarlıq və inşaat fakültəsinin tələbələri hazırlığı və fəallığına görə xüsusilə seçilib.