Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) “Dəyər ver” koronavirusla mübarizəyə dəstək cəmiyyəti ilə birgə musiqi akademiyasının aztəminatlı işçiləri üçün yardım proqramı həyata keçirib.

 

BMA-dan bildirilib ki, bu xeyirxah aksiya çərçivəsində təhsil ocağının sosial dəstəyə ehtiyacı olan 76 nümayəndəsinə ərzaq yardımı göstərilib.

 

Yardım aksiyası  Koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Azərbaycan vətəndaşlarına dəstək kampaniyasının tərkib hissəsi olaraq  diqqət və qayğı məqsədi daşıyır.

 

Ruhiyyə