Bakı Slavyan Universiteti (BSU ) Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mövcud karantin şəraitində irsi qan xəstəliklərindən,  talassemiya, hemofiliya və leykozdan  əziyyət çəkənlərin qanla təminatı məqsədilə ölkədə  başlayan könüllü qanvermə kampaniyasına qoşulub.

 

Universitetdən bildirilib ki, BSU-nun rektoru, professor Nurlana Əliyevanın müvafiq tövsiyə və tapşırığına əsasən, ali təhsil müəssisəsinin kollektivi də bu humanist aksiyada iştirak edib.  

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzində aparılan qanvermə aksiyasında universitetin rəhbərliyi, fakültə dekanları, kafedra, şöbə  müdirləri, ümumilikdə  100-dən çox müəllimi və əməkdaşı iştirak edib.