Bakı Dövlət Universitetinin (BDU) biologiya və sosial elmlər və psixologiya fakültələrinin təşkilatçılığı ilə 5-6 may 2020-ci il tarixlərində “Koronavirus pandemiya və  epidemiyaları: Bioloji və  sosial-psixoloji aspektlər” mövzusunda konfrans keçiriləcək.  Konfransda dünyanı bürüyən COVİD-19 epidemiyası ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılıb.      

 

BDU-dan bildirilib ki, konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla  saat 14:00-da başlayacaq. Virtual konfransda iştirak etmək istəyən şəxslərdən 4 may 2020-ci il saat 17:00-dək  [email protected] ünvanına müraciət etmək xahiş olunub.