Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Coğrafiya İnstitutunda təhsil alan magistrantlar üçün dərslər onlayn qaydada davam etdirilir.

 

İnstitutdan bildirilib ki, dərslərə müxtəlif ixtisaslar üzrə akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, coğrafiya üzrə elmlər doktoru Əmir Əliyev, coğrafiya üzrə fəlsəfə doktorları- Mirnuh İsmayılov, Müseyib Yunusov, Natavan Cəfərova, Samirə Abuşova, Səidə Zeynalova və Rəfail Abdullayev qatılıblar.

 

İnstitutun direktoru, akademik Ramiz Məmmədov birinci kurs magistrantı Vüsalə Rəsulzadə üçün Xəzərin səviyyə tərəddüdü fənni üzrə keçdiyi dərsdə Xəzər dənizinin səviyyə dəyişmələri, onların səbəbləri, dəyişmələrə təsir edən amillər, səviyyə dəyişmələrində iqlimin və tektonik hərəkətlərin rolu və s.haqqında geniş məlumat verib.