Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri,  elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi başa çatıb. Azərbaycan alimləri tərəfindən AMEA-ya 58 layihə təqdim edilib. Təqdim edilmiş layihələrdən 5-i ilkin mərhələdən keçməyib, 53 layihə isə texniki qiymətləndirmə üçün qəbul edilib.

 

AMEA-nın Fizika İnstitutundan verilən məlumata görə, müsabiqədə institutun 4 layihəsi qalib olub:

 

  1.  Topoloji dielektrik və ifrat keçiricilərdə kvant informasiya daşıyıcıları kübitin koherentliyinin pozulma mexanizmləri (AMEA Fizika İnstitutu, Bilkent Üniversitesi )
  2. Döş xərçəngi mirna biomarkerlərin aşkarlanması üçün Aptamer/ 2D və 1D Bor nitrat platforması əsasında optik biosensorların dizaynı və inkişafı (AMEA Fizika İnstitutu, Xəzər Universiteti, Eskişehir Osmangazi Universiteti)
  3. Radiasiyanın qeyd edilməsi məqsədilə Cd1- xMn (Fe)xTe əsaslı epitaksial heterokeçidlərin alınması (AMEA Fizika İnstitutu, Gebze Teknik Universiteti)
  4. Yüksək temperaturda maqnit düzülüşlü topoloji izolyatorların nəzəri hesablamalarla dizaynı, sintezi və sınağı (AMEA Fizika İnstitutu Bilkent – UNAM, Bilkent Universiteti).