Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında növbəti onlayn təlim keçirilib.

 

Filialın direktoru,  dosent Yusif Alıyevin təşəbbüsü ilə Zoom" platforması üzərindən keçirilən təlimdə həkim-psixoloq,  "KarnegiKlub"un rəhbəri, aparıcı təlimçi  Nəcəf Allahverdiyev iştirak edib.

 

Qeyd edək ki, o, həm də  Beynəlxalq Trenerlər Assosasiyasının üzvü, 2012-ci ildə Moskvada keçirilən “Beynəlxalq oratorlar çempionatı”nın mükafatçısıdır.

 

Azərbaycanlı təlimçi  "Karantin dövründə yaranan psixoloji çətinliklərlə, streslə  mübarizə " mövzusunda filialın əməkdaşları və tələbələr üçün bir saatlıq təlim keçib. Həkim-psixoloq mövcud pandemiya şəraitində tələbələri pozitiv əhval-ruhiyyəyə kökləyib, onlara faydalı məsləhətlər verib.   

 

Sonda N.Allahverdiyev ona ünvanlanan çoxsaylı sualları da cavablandırıb.