Bakı Ali Neft Məktəbinin (BANM)  2 komandası “CanSat Azərbaycan 2020” tələbə model peyk müsabiqəsinin “Reallaşdırma” mərhələsinə vəsiqə qazanıb.

 

Əsas mərhələyə vəsiqə qazanan 6 təhsil müəssisəsini təmsil edən 10 komandadan məhz ikisi BANM-nin komandası olub.

 

Bunlar ali məktəbin tələbələrindən ibarət “Undefined Five Objects” və “Canis Majoris” komandalarıdır.

 

"Azərkosmos" və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2020” model peyk müsabiqəsinin “Layihələndirmə” mərhələsində, ümumilikdə 9 təhsil müəssisəsindən 15 komanda iştirak edib.

Komandalar tərəfindən təqdimatlar “Zoom” platforması üzərindən nümayiş olunub.

 

Komandaların sənədlərinin və təqdimatlarının qiymətləndirilməsi müsabiqənin "Qiymətləndirmə meyarları" əsasında “CanSat Azərbaycan” layihəsinin ekspertləri tərəfindən aparılıb.