Bakı Dövlət Universitetinin (BDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr etdiyi “Ulu öndər xatirələrdə” adlı onlayn müsabiqə başa çatıb.

 

Müsabiqədə ali məktəbin 30-dan çox əməkdaşı iştirak edib. Təqdim olunan məqalələr müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.

 

BDU-dan verilən məlumata görə, birinci yerə - tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın “Heydər Əliyev irsi və elmin, təhsilin inkişafi”;

 

İkinci yerə - sosial elmlər və psixologiya fakültəsinin  pedaqogika kafedrasının professoru, pedaqoji elmlər doktoru Nübar Muxtarovanın “Mənim həyatımda şərəfli yer tutan - Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyev”;

 

Üçüncü yerə - jurnalistika fakültəsinin multimedia və elektron kommunikasiya kafedrasının dosenti Aynur Nəsirovanın “Yada düşər xatirələr...” məqaləsi layiq görülüb.

 

Qalib gələn müəlliflər diplomla təltif ediləcək. Məqalələr isə BDU-nun rəsmi saytında, sosial mediada yayılacaq və  “Bakı Universiteti” qəzetində dərc olunacaq.