Türkiyənin Bilkent Universitetinin professoru və aparıcı elmi işçisi, Azərbaycanın əməkdar elm xadimi Əmirulla Məmmədovun təqdimatında “Metamateriallar: Nəzəriyyə və Optoelektronikadakı tətbiqləri” mövzusunda onlayn mühazirə keçirilib.

 

Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib ki, onlayn mühazirədə ali məktəbin  müəllim və tələbələri, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.  Mühazirədə metamaterialın yaradılması, “Avionik” və “Hədəf” axtarış sistemlərinin tətbiqi, həmçinin lazer xəbərdarlıq sistemi ilə bağlı ətraflı məlumat verilib.

 

Görüşdə tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılıb.