Bakı Slavyan Universitetində  (BSU)  28 May-Respublika Günü münasibətilə tarixi janrda çəkilmiş “Son iclas” bədii-sənədli filmi onlayn formada nümayiş etdirilib.

 

Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin  axırıncı  qərarını necə  çətin bir şəraitdə verdiyini əks etdirir.  Tələbələr tərəfindən böyük maraq və rəğbətlə qarşılanan filmin nümayişindən sonra bu istiqamətdə  müzakirələr  aparılıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti ictimai-siyasi fikir, həmçinin dövlətçilik tariximizin şanlı, parlaq səhifəsidir və xalqımızın milli özünəqayıdışında, milli özünüdərkində,  yenidən öz müstəqil dövlətini qurmasında mühüm rol oynayıb. Vurğulanıb ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin  varisidir və Ümummilli lider  Heydər Əliyevin şah əsəridir.

 

Müzakirələrdə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq  Prezident  İlham Əliyevin  müstəqil dövlətimizi daha da gücləndirməsi, ölkəmizin uğurlu dinamik inkişafını təmin etmək  üçün gərəkli bütün addımları atması da qeyd olunub.