Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün Slovakiya Respublikası Komenski adına Bratislava Univeristetinin professoru Lukas Ribarın təqdimatında  “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib.

 

Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev məruzəçi və elmi seminarın keçirilmə məqsədi ilə bağlı məlumat verib.

 

“XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda mühazirə keçən professor Lukas Ribar İran və Qafqaz ölkələri haqqında apardığı elmi tədqiqatlar, XVI-XVII əsrlərdə Avropa ilə Şərq ölkələri arasında diplomatik əlaqələrin xüsusiyyətləri, Habsburq sülaləsi ilə Səfəvi dövləti arasında qurulmuş ittifaq, Səfəvi dövlətinin Avropa ölkələri ilə qurduğu ticarət əlaqələri, Habsburqların Səfəvilərə, Səfəvilərin isə Avropaya göndərdikləri elçilər, Avropa mənbələrində rast gəlinən bir sıra faktlar yəni, Səfəvilər dövlətinin  müxtəlif adlarla, xüsusilə Qızılbaşlar adı ilə, hökmdarların adları yerinə isə Böyük Səfi yazılması və digər məlumatlar barəsində təqdimatla çıxış edib.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan elmi seminar tarix fakültəsinin dosenti Azad Rzayevin moderatorluğu ilə davam edib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.