Azərbaycan Texniki Universiteti (AzTU) ilə Həştərxan Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində növbəti onlayn görüş keçirilib. Görüşdə hər iki universitetin mütəxəssisləri iştirak edib.

 

AzTU-dan bildirilib ki,  müzakirələrdə texnoloji transfer, ağıllı anbar və ağıllı səbət sistemləri, süni intellekt, məsafədən idarə olunan əşyalar və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşdə yaxın vaxtlarda birgə onlayn muhazirələrin, eləcə də bakalavr və magistr tələbələrin virtual görüşlərinin keçirilməsinin nəzərdə tutulduğu da qeyd olunub.