Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadovla görüşüb.

 

AzTU-dan verilən məlumata görə, görüşdə universitetlə müəssisə arasında metallurgiya sahəsi üzrə birgə elmi-tədqiqat işlərinin aparılması, Metallurgiya mühəndisliyi və Materialşünaslıq mühəndisliyi ixtisasları üzrə kadr hazırlığına diqqətin artırılması müzakirə olunub.

 

Görüşdən sonra tərəflər arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə əsasən “Azəralüminium” MMC-də AzTU-nun metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılacaq.