Azərbaycan Texniki Universitetində (AzTU) onlayn imtahan sessiyası davam edir.

 

İyunun 19-na qədərki  məlumata əsasən, bakalavriat səviyyəsi üzrə 1582 (95 %), magistratura səviyyəsi üzrə isə 130 (97%) tələbə imtahanda iştirak edib. 

 

Universitetdən  bildirilib ki, iştirak edənlərin hər biri müvəffəq qiymət alıb.