Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində magistr dissertasiyalarının onlayn formada müdafiəsinin təşkilinə başlanılıb.

 

Universitetdən bildirilib ki, ölkəmizdəki mövcud vəziyyət nəzərə alınaraq, bulilki magistr dissertasiya müdafiələri distant formada və UNEC Extern Mərkəzinin imkanlarından faydalanaraq ZOOM platforması vasitəsi ilə onlayn  keçiriləcək.

 

Qeyd olunub ki, müdafiə prosesi ilə bağlı qaydalar UNEC Elmi Şurası tərəfindən təsdiqlənib və bütün proses həmin qaydalara uyğun şəkildə aparılacaq. Dissertasiya müdafiələrinin təşkili məqsədi ilə UNEC – BMDM – də 14 komissiya fəaliyyət göstərəcək ki, bu komissiyaların hər birinə müvafiq lisenziyalar alınıb və texniki məsələlərlə bağlı bütün işlər yekunlaşdırılıb. Magistr dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Elmi Şura sədrləri və katibləri ilə görüşlər keçirilərək onlara onlayn müdafiələrin təşkili ilə bağlı ətraflı məlumatlar verilib.

 

Ümumilikdə bu ilki müdafiə prosesində 500-ə yaxın magistrant iştirak edəcək. Onlayn dissertasiya müdafiələri iyul ayının 5-dək keçiriləcək.