Bakı Mühəndislik Universitetinin (BMU) kompüter və informasiya texnologiyası kafedrasının magistr tələbələrinin dissertasiya işlərinin müdafiəsi keçirilib. Mövcud pandemiya və karantin rejiminin tələbləri nəzərə alınaraq, magistrantlar hazırladıqları dissertasiya işlərini onlayn müdafiə ediblər.

 

Universitetdən bildirilib ki, müdafiəyə BMU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, dosent Rauf Məmmədov, mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev, dekan müavinləri və kafedra əməkdaşları qatılıb.

 

Komputer və informasiya texnologiyaları kafedrasının 4 magistr ixtisası üzrə (kompüter mühəndisliyi- ingilis bölməsi, kompüter mühəndisliyi- Azərbaycan bölməsi, İdarəetmədə informasiya sistemləri- ingilis bölməsi, idarəetmədə informasiya sistemləri-Azərbaycan bölməsi) bu il məzun olacaq tələbələri dissertasiya müdafiəsinə qatılıb. Tələbələrin müdafiəsindən sonra qiymətləndirmədə 5 magistr A (əla), 9 magistr B (çox yaxşı), 5 magistr C (yaxşı) qiymət alıb.

 

Yekun olaraq  2 magistr fərqlənmə diplomuna, 17 magistr adi diploma layiq görülüb.