Bakı Dövlət Universitetində (BDU) biologiya  fakültəsinin təşkilatçılığı ilə "Canlı sistemlərdə stress zamanı yaranan maqnit xassələri və onların biotibbdə tətbiqi" mövzusunda onlayn elmi seminar keçirilib.

 

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov sürətlə inkişaf edən dünyada informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edərək onlayn platformada yeni bilik, yeni təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən bəhs edib.

 

Biologiya fakültəsinin biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Rövşən Xəlilov "Canlı sistemlərdə stress zamanı yaranan maqnit xassələri və onların biotibbdə tətbiqi" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda canlı və cansız təbiətdə rast gəlinən nanohissəciklər, stress faktoru və onun yaranmasına səbəb olan amillər, ekosistem anlayışı, Abşeron yarımadasının bitki növlərində aparılan təcrübələr və əldə olunan nəticələr, fototənəffüs, EPR siqnalları, maqnit nanohissəciklər, dünyanın müxtəlif ölkələrində bu istiqamətdə aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verilib.

 

 Microsoft Teams platforması üzərindən təşkil olunmuş elmi seminar çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.