Metallurgiya, maşınqayırma, materialşünalıq sahəsində çalışan mütəxəssislərin, tələbələrin, magistrantların, doktorantların maraqlarını nəzərə alaraq, Azərbaycan Texniki Universitetinin  (AzTU) Metallurgiya və metalşünaslıq kafedrasının məsləhətçi professoru Rəhim Şükürovun  dərsliyi yenidən işlənilməklə və əlavələr olunmaqla nəşr olunub.

 

AzTU-dan bildirilib ki,  “Metalşünaslıq və termiki emal” adlı dərslikdə hər bölmə üzrə test sualları da öz əksini tapıb.

 

Qeyd olunub ki, dərslik AzTU-nun 70 illik yubileyinə və Azərbaycanda  texniki təhsilin 133 illiyinə həsr edilib.