Avropa İttifaqının (Aİ) "Erasmus+" proqramı çərçivəsində növbəti müsabiqənin qalibləri məlum olub. Nəticələrə əsasən, Bakı Dövlət Universiteti “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” adlı layihədə tərəfdaş kimi iştirak edəcək.

 

Universitetdən bildirilib ki, 2020-2023-cü illərdə icra edilməsi nəzərdə tutulan layihə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin koordinatorluğu ilə baş tutacaq. Layihədə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Rumıniya, Litva və Niderland Krallığının universitetləri tərəfdaş kimi iştirak edəcək.

 

Layihənin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurikulumlarının müasirləşdirilməsindən ibarətdir.