Dövlət İmtahan Mərkəzi (DİM) rəsmi saytında I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün avqustun 20-21-də keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını təqdim edib. Abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.


Qurumdan bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş olunmaqla  əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

 

Ruhiyyə