Uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, 30 iyul 2024-cü il saat 11:00-dan 13 sentyabr 2024-cü il tarixinə qədər uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində Bakı və Gəncə şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılacaq. 
 
Qeyd edilən tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq. 
 
Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.
 
Əlavə olaraq qeyd edirik ki, 1 avqust 2024-cü il saat 11:00-dan etibarən isə uşaqların rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbuluna start veriləcək.