Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə baş tutan Enactus Azərbaycan Milli Yarışının final mərhələsi keçirilib. Bakı Dövlət Universitetinin (BDU) Enactus komandası yarışın qalibi olub.

 

Universitetdən bildirilib ki, BDU-nun komandası bu yarışda “EcoPrint”, “PlasKet” və “Yoldaş” layihələri ilə çıxış edərək ən yüksək nəticə ilə - 135 balla qələbə qazanıb.

 

Yarışda  respublikanın 14 ali məktəbi iştirak edib. 700-dən çox tələbə, 20 fakültə məsləhətçisi, 13 biznes liderin iştirak etdiyi yarışda komandalar 2 liqada mübarizə aparıblar.

 

Qeyd edək ki, qalib komanda 8-11 sentyabrda Niderlandda baş tutacaq Dünya Enactus Kuboku yarışmasında ölkəmizi təmsil edəcək. Bu yarışmada dünyanın 36 ölkəsindən 25 mindən çox universitet tələbəsini təmsil edən komandalar  öz biznes, təhsil və sosial layihələrini təqdim edəcəklər.