Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev Rusiyanın Rostov vilayətində keçirilən "Operatorlar nəzəriyyəsi və harmonik analiz - OTHA 2020" adlı virtual beynəlxalq elmi konfransda iştirak edib.

 

Universitetdən bildirilib ki, alim konfransın plenar iclasında “Characterizations of generalized fractional maximal and integral operators in Orlicz and generalized Orlicz-Morrey spaces on Carnot groups” ("Karnot qruplarında Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında ümumiləşmiş kəsr maksimal və inteqral operatorların xarakteristikası") mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Karnot qruplarında Orliç fəzalarında ümumiləşmiş kəsr maksimal və inteqral operatorların güclü, zəif məhdudluğu üçün meyar alınıb. Həmçinin Orliç-Morri fəzalarında ümumiləşmiş kəsr maksimal və inteqral operatorların Spanne və Adams tipli məhdudluğunun xarakteristikası verilib.

 

Çıxış konfransın “Operator Theory & Harmonic Analysis” youtube kanalında yerləşdirilib.

 

Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

https://www.youtube.com/watch?v=Xm_T7NSIK5s