Günel Kərimova müəllimlərin işə qəbulu üzrə bu gün keçirilən imtahanda riyaziyyat fənnindən 60 bal toplayıb. Bununla da o, 2020-2021-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin riyaziyyat üzrə maksimum nəticə göstərən ilk namizədi olub.

 

“Azərbaycan müəllimi” qəzetinə bu uğurundan danışan Günel imtahanın təşkilindən razı qalıb: “İstər pandemiya təhlükəsinə qarşı, istərsə də şəffaflığın qorunması məqsədilə görülən tədbirlər yüksək səviyyədə idi. Suallar da orta çətinlik səviyyəsində idi. Hər hansı sualın cavablandırılmasında əziyyət  çəkmədim”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Riyaziyyat müəllimliyi üzrə bakalavr səviyyəsini 2012-ci ildə bitirib. Sonra Bakı Dövlət Universitetində Kompüter elmləri ixtisası üzrə magistratura təhsili alıb: “Bu il yaxşı hazırlaşdım. Yüksək nəticə əldə edəcəyimə inanırdım. 60 bal mənim üçün gözlənilən olsa da, balımı ekranda görəndə çox sevindim. Nizami rayonunda yaşayıram. Yaşadığım yerə yaxın məktəblərdən birində işləmək istəyirəm”.

 

Ruhiyyə