Bu günə kimi 17 fənn üzrə 40 minə yaxın namizəd müəllim işləmək üçün imtahan verib. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi artıq başa çatmaq üzrədir: “ Sabah test imtahanı mərhələsi bitir. Artıq sabah 14.00-dan apelyasiya mərhələsi başa çatan fənlər üzrə vakansiya seçimi mərhələsini elan edirik. Namizədlər iki gün davam edəcək bu mərhələdə 8 vakant yer seçəcəklər. Daha sonra elektron qaydada yerləşdirmə aparılacaq və vakanat yerləri tutmaq hüququ olan namizədlərə məlumat veriləcək”.

 

Ruhiyyə