Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Europeanbooks_access”(20 illik dünya kitabxana sahəsində xidmət göstərən məlumat mənbəyi) tərəfindən oktyabr ayının 15-nə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyəti, tədrislə, elmlə əlaqəli fəaliyyət göstərən, qrant layihələri ilə işləyən mərkəz və şöbələr üçün faydalı olan Ümümdünya Təqaüdlər və Ali təhsil tədqiqatları üçün Qrantlar kataloqu, bakalavrlar,magistrantlar, doktorantlar üçün ingilis dilli ölkələrdə ali təhsil proqramları haqqında məlumatların əldə edilməsinə giriş imkanları verilib.

 

ADNSU-dan bildirilib ki, aşağıda göstərilən linklər vasitəsilə həmin məlumat mənbələrindən istifadə etmək mümkündür.

 

www.EduFundingIndex.com/login - Ümümdünya Təqaüdlər və Ali təhsil tədqiqatları üçün Qrantlar kataloqu: 180 mindən çox təqaüd təklif olunan yeganə məlumat mənbəyidir.

 

www.EduProgramsIndex.com/login- İngilis dilli ölkələrdə  (ABŞ Kanada, İngiltərə, İrlandiya, Avstraliya,Yeni Zelandiya və Avropada) Ali Təhsil Proqramları: Universitetlərdəki 290.000-dən çox ali təhsil proqramı (bakalavr, magistr, doktorantura,pre-magistr) haqqında məlumatları əhatə edən yeganə və ümumi məlumat mənbəyidir.