Bakı Dövlət Universitetinin (BDU) Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin dəstəyi, Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Rusiya Azərbaycanlı Gənclər Birliyi  (RAGB) arasında universitetlərarası onlayn konfrans keçirilib.

 

Universitetdən bildirilib ki, konfransda BDU-nun fəal gəncləri, TGT və THİK-nin fəalları, RAGB  üzvləri iştirak ediblər. Azərbaycan həqiqətlərinin gənclərin vasitəsilə beynəlxaq ictimaiyyətin diqqətinə çatdırılması, tələbə təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, müştərək layihələrin həyata keçirilməsi əsas müzakirə mövzusu olub.

 

Konfransda həmçinin qeyd olunub ki, Azərbaycan gəncliyi bu gün  mədəniyyətimizi, tarixi ənənələrimizi, milli adətlərimizi layiqincə təmsil edir, xalqımızın zəngin tarixi irsinə hörmətlə yanaşır, o cümlədən RAGB rəhbərliyinin hər iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir.

 

Sonda bu cür müzakirələrin mütəmadi davam etdirilməsi tövsiyə olunub.