Azərbaycan Milli Elmlər Akademiyasının  Neft-Kimya Prosesləri İnstitutunda Neft kimyası, Nanomateriallar kimyası və Ətraf mühit kimyası ixtisasları üzrə magistratura pilləsinə qəbul olan I kurs magistrantlarla görüş keçirilib.

 

İnstitutdan bildirilib ki, görüş karantin rejiminin tələblərinə uyğun şəkildə, sosial məsafə gözlənilməklə təşkil olunub.

 

Görüşdə çıxış edən institutun direktoru, akademik Vaqif Abbasov tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.