Bakı Slavyan Universitetində (BSU) 2020-2021-ci tədris ilində I tədris ilinə qəbul olunan tələbələrin qeydiyyatının onlayn formada həyata keçirilməsinə başlanılıb.

 

Məlumat üçün bildirək ki,  universitetə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan tələbələrin qeydiyyatının onlayn formada təşkil edilməsi məqsədilə BSU rektorunun sədri olduğu və tərkibinə bu ali təhsil müəssisəsinin müvafiq strukturlarının əməkdaşlarının daxil edildiyi 11 nəfərdən ibarət Sənəd Qəbulu Komissiyası yaradılıb. Sənəd Qəbulu Komissiyasının qarşısında  universitetə qəbul olunan tələbələrin sənədlərinin qeydiyyatı prosesində qarşıya çıxan məsələlərin mövcud qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla çevik şəkildə həllinin təmin edilməsi vəzifəsi qoyulub.

 

Sənəd Qəbulu Komissiyası şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-dək fəaliyyət göstərir.

 

2020-2021-ci tədris ilində BSU-ya ali təhsilin bakalavriat səviyyəsinə 26 ixtisas üzrə 941 nəfər qəbul olunub. Qeyd edək ki, BSU-ya qəbul olunan tələbələr aşağıdakı linkə daxil olaraq onlayn qeydiyyatdan keçə bilərlər:

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSeZuvvOatCZRIvU8d78bb8OBVdXJOx3xJJ2g_Jd45xHis7IhQ/viewform?fbclid=IwAR3rZrA4lpM2p4qVhFzhx8yMiVWPPbNLzk9VOzB8xYx089wLSMoBlsc5LnI

 

Onlayn qeydiyyat oktyabrın 7-dək davam edəcək. Müəyyən olunmuş müddət ərzində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.