Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşları Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki muzeyini ziyarət ediblər.

 

Ziyarətçilərə mədəniyyət ocağı haqqında məlumat verilərək bildirib ki, dövlət tərəfindən diqqət və qayğı göstərilən muzeydə hazırda 1300-ə yaxın eksponat mühafizə olunur. Bunların da 61-i orijinal əsərlərdir.

 

Burada rəssamın şəxsiyyətini ziyarətçilərə yaxından tanıtdıran sənədlər, fotoşəkillər, nəsil foto-albomu, istifadə edilən şəxsi və məişət əşyaları, o cümlədən müxtəlif illərdə işıq üzü görən kitablar, monoqrafiyalar, albom-kataloq və digər eksponatlar nümayiş olunur. Qeyd edilib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, estetik zövqünün formalaşmasında böyük rol oynayan bu mədəniyyət müəssisəsində realist sənətkarın yaradıcılığını hərtərəfli təbliğ etmək üçün tez-tez müxtəlif və rəngarəng tədbirlər həyata keçirilir.